10 
May
2021
12:54
237
16
2739
Virtual karabakh

Sədr: “DGK əməkdaşları 730 kiloqramdan artıq narkotik maddə aşkar edib”

10 May, 2021
12:54
2739

Sədr: “DGK əməkdaşları 730 kiloqramdan artıq narkotik maddə aşkar edib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Torpaqlarımızın işğaldan azad edilməsi ümumrespublika əhəmiyyətli siyasi məsələdir”.

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dəmir yolu xəttinin və nəqliyyat vasitələrinin açılması ilə Dövlət Sərhəd Xidməti ilə Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə işi təmin olunacaq:

“Bu sahədə işlər aparılır”.

DGK-nin sədri bildirib ki, bu ilin aprel ayında Dövlət Gömrük Komitəsinin əməkdaşları 730 kiloqramdan artıq narkotik vasitə aşkar edib:

“Aşkarlanan narkotik vasitələrin əsasən Gürcüstan və Avropa ölkələrinə daşınmalı olduğu məlum olub. Həmin narkotik vasitələr tranzit idxaldır. Narkotik vasitələr Həm Astara, həm Biləsuvar sərhəd keçid məntəqələrində keçirilən əməliyyat zamanı aşkarlanıb.

Hazırda əməliyyatlar davam etdirilir. Azərbaycan həmişə tranzit ölkə olaraq narkotiklərin yayılmasına yox deyib”.

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri