16 
May
2021
13:40
35
151
2913
Virtual karabakh

Azərbaycan iqtisadiyyatı nə qədər geriləyib?

16 May, 2021
13:40
2913

Azərbaycan iqtisadiyyatı nə qədər geriləyib?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78,6 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. 

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz azdır.

Bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 8,4 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4,1 faiz artıb.

ÜDM istehsalının 41,1 faizi sənaye, 10 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,7 faizi tikinti, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 0,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,1 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 10,3 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2 506,2 manata bərabər olub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri