17 
May
2021
14:12
7
114
4287
Virtual karabakh

Azərbaycanda yaşayış evlərinin tikintisinə sərf olunan vəsait açıqlandı

2021-ci ilin yanvar-aprel aylarında əsas kapitala 3 milyard 752,8 milyon manat məbləğində vəsait yönəldilib.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz azdır.

Bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 0,7 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 15,2 faiz azalıb.

İstifadə olunmuş vəsaitin 2 milyard 722,5 milyon manatı və ya 72,5 faizi məhsul istehsalı sahələrinə, 726,3 milyon manatı və ya 19,4 faizi xidmət sahələrinə, 304 milyon manatı və ya 8,1 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 132,6 milyon manatını və ya 56,8 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 722,9 milyon manatı və ya 72,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 64,7 faiz, büdcə vəsaitləri 15,6 faiz, bank kreditləri 6,8 faiz, əhalinin şəxsi vəsaitləri 7,2 faiz, sair vəsaitlər isə 5,7 faiz təşkil edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri