17 
May
2021
14:30
9
202
3225
Virtual karabakh

Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO

2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz artıb, qeyri-ərzaq malları üzrə isə 2,3 faiz azalıb.

Aşağıda məhsul qrupları və onların satış gəlirləri əks olunub:

Belə ki, əhali illik müqayisədə ərzaq məhsullarına 2,4 faiz, içki və tütün məmulatlarına 0,5 faiz, toxuculuq məhsulları, geyim və ayaqqabılara 0,3 faiz, əczaçılıq məhsulları və tibb ləvazimatlara 39,6 faiz, kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına 2,7 faiz, avtomobil benzini və dizel yanacağına 0,2 faiz daha çox vəsait xərcləyib. Elektrik malları və mebellərə 2,5 faiz, digər qeyri-ərzaq mallarına isə 8,8 faiz daha az vəsait sərf edib.

Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 300,4 manatlıq (illik müqayisədə 3,9 faiz çox), o cümlədən 165 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları (illik müqayisədə 6,5 faiz çox), 135,4 manatlıq qeyri-ərzaq malları (illik müqayisədə 0,9 faiz çox) alıb.  

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri