18 
May
2021
10:54
19
72
4009
Virtual karabakh

Ölkədən xaricə nə qədər elektrik enerjisi satılıb?

2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan xaricə 23 milyon 163 min dollar dəyərində 575 milyon 326 min 210 kVt/saat elektrik enerjisi ixrac edib.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ümumi ixrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 169 milyon 508 min 700 kVt/saat və ya 22,8 faiz, ixracdan əldə etdiyimiz gəlir isə 11,1 milyon dollar və ya 32,5 faiz azalıb.

Təkcə aprel ayında 169 milyon 77 min 280 kVt/saat elektrik enerjisi ixrac edilib və bir ay ərzində elektrik enerjisi ixracından 7 milyon 16,5 min dollar gəlir əldə olunub. Azərbaycan ötən ilin aprel ayı ilə müqayisədə elektrik enerjisi satışını 2,2 dəfə azaldıb. Bir ay ərzində elektrik enerjisi satışından əldə edilən gəlir isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə azalıb.

Qeyd edək ki, elektrik enerjisi ixracından əldə edilən gəlir ümumi ixrac həcmindən əldə edilən gəlirin 0,4 faizini təşkil edib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri