22 
İyn
2021
16:36
36
196
5863
Virtual karabakh

Toy yiyəsi ilə məkan sahibi arasındakı imzalanacaq sənəd nəyə xidmət edəcək? - AÇIQLAMA

“Tədbir təşkil edən şəxs tədbirin başlama və bitmə vaxtını, qonaqların sayını mütləq qeyd etməlidir. Həmçinin məkan sahibi ilə toy sahibi arasında iltizam sənədi imzalanmalıdır”.

Bu barədə Oxu.Az-a Elektron Hökumətin İnkişafı Mərkəzinin Layihə idarəetmə ofisinin müdiri Aynur Qurbanlı məlumat verib.

O bildirib ki, həmin sənəd “scan” edilərək sistemə inteqrasiya edilir və növbəti mərhələdə bütün məlumatlar monitorinq edilməsi üçün aidiyyəti orqanlara, Daxili İşlər Nazirliyinə, Qida Təhlükəsizliyi Agentliyinə, Dövlət Vergi Xidmətinə ötürülür:

“İltizam sənədi toy sahibi ilə məkan sahibi arasında hüquqi əsas yaradır. Bu hüquqi əsaslara görə məkan sahibi ilə toy sahibi Nazirlər Kabinetinin metodiki göstərişlərində nəzərdə tutulan qaydalara tam riayət etməlidirlər. Bu sənəd vasitəsilə onlar prosesin gedişatında heç bir problemin olmayacağına dair bütün məsuliyyəti öz üzərlərinə götürürlər”.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri