İyl
2021
12:34
225
19
2921
Virtual karabakh

İkinci Qarabağ müharibəsi zamanı zərər dəymiş obyektlər bərpa olunub - FOTO

8 İyl, 2021
12:34
2921

İkinci Qarabağ müharibəsi zamanı zərər dəymiş obyektlər bərpa olunub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədilə 11 rayon və şəhər üzrə tikinti, təmir-bərpa işlərinin tezliklə başa çatdırılması nəzərdə tutulur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Oxu.Az-a verilən məlumata əsasən, artıq 6 300-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə təmir-bərpa işləri və 65 fərdi evin tikintisi yekunlaşıb.

Bildirilib ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən dinc şəhər və rayonları müxtəlif növ silahlarla, artilleriya və ballistik raketlərlə atəşə tutaraq mülki əhalini və eləcə də infrastruktur obyektlərini hədəf seçərək, fərdi yaşayış evlərinə, sosial və iaşə tikililərinə irimiqyaslı zərər vurub. Dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə ümumilikdə 11 şəhər və rayon ərazisində 12 000-dən artıq obyektə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb.

Hazırda Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Gəncə, Mingəçevir, Tərtər və Naftalan şəhərlərində, habelə Füzuli, Cəbrayıl, Goranboy, Ağdam, Ağcabədi, Beyləqan və Bərdə rayonları ərazisində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər qrafik üzrə aparılır və onların qısa bir zamanda tamamlanaraq mərhələli şəkildə təhvil verilməsi, sakinlərin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr cəlb edilib. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri