İyl
2021
17:32
439
78
5056
Virtual karabakh

Şəhid ailələri və qazilərə 1500 manatdan çox maaşı olan işlər təklif edilir - FOTO

8 İyl, 2021
17:32
5056

Şəhid ailələri və qazilərə 1500 manatdan çox maaşı olan işlər təklif edilir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 215-ə, e-sistemə daxil edilən vakansiyaların sayı 935-ə çatıb.

Oxu.Az-ın Dövlət Məşğulluq Agentliyindən əldə etdiyi məlumata əsasən, marafonun dəstəyi ilə artıq 90 şəhid ailəsi üzvü və qazi işlə təmin edilib.

İşəgötürənlərin 122-i xidmət, 67-i emal, 17-i kənd təsərrüfatı, qalanları tikinti sahələrində fəaliyyət göstərir.

Belə ki, 330 vakansiya üzrə əməkhaqqı 300 manatdan aşağı, 543 vakansiya üzrə əməkhaqqı 300-600 manat arası, 53 vakansiya üzrə əməkhaqqı 600-1200 manat arası, 3 vakansiya üzrə əməkhaqqı 1200-1500 manat arası, 6 vakansiya üzrə əməkhaqqı 1500 manatdan yuxarıdır.

İşə qəbul olanların 32-i şəhid ailəsi üzvü, 58-i qazidir. İşlə təmin olunanların 54-ü 18-29 yaş arası, 14-ü 30-39 yaş arası, 11-i 40-49 yaş arası, 11-i 50-65 yaş arasındadır.  

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri