Dek
2014
15:50
156
39
22688
Virtual karabakh

Yeni avtobuslar – ictimai nəqliyyatın inkişafının yeni mərhələsi – FOTOREPORTAJ

2 Dek, 2014
15:50
22688

Yeni avtobuslar – ictimai nəqliyyatın inkişafının yeni mərhələsi – FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər şeydə Avropanı nümunə gətirməyi sevənlərin bir bəhanəsi azaldı.

Son illərdə Bakının ümumiyyətlə, ölkəmizin nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün çox iş görülüb.

Əgər cəmi bir neçə il bundan öncə və indiki vəziyyəti müqayisə etsək, bu sahədəki inkişaf təəccübləndirir – köhnə “şəxsi” taksilər yerini sayğac və fiziki imkanları məhdud insanların da istifadə edə biləcəyi keb-taksilərə verib; xalq arasında “qazel” adlanan köhnə, kiçikölçülü marşrut taksiləri böyük və geniş avtobuslarla əvəz edilib; Azərbaycan Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi şəhər küçələrində tıxac və sıxlıqlarla uğurla mübarizə aparır.

Amma bu yaxınlarda bizi bir sürpriz də gözləyir və hər şeydə Avropanı nümunə gətirməyi sevənlərin bir bəhanəsi azalır.

Əvvəl də xəbər verdiyimiz kimi, Bakıya yeni, müasir avtobuslar gətirilib, onları artıq ilin sonunda paytaxtımızın küçələrində görəcəksiz.

Yaponiya istehsalı olan İSUZU markalı avtobuslar Türkiyə zavodunda yığılıb və bu gün üçün Avropanın bir çox ölkələrində sərnişin avtobusları modelləri arasında ən populyar avtobuslardır. Onları geniş salonu, rahat oturacaqları və müasir texniki təchizatı fərqləndirir.

Bu avtobusların fərqli cəhətlərindən biri də avtobusların əlillər üçün xüsusi pandusunun olmasıdır, bu fiziki imkanları məhdud olan insanlara, eləcə də uşaq arabası ilə olan gənc analara avtobusa rahat minib enməyə imkan yaradacaq.

Qeyd edək ki, bu kateqoriyadan olan insanlar üçün xüsusi oturacaqlar və əlil arabası ilə yerləşəcəyi xüsusi bölmədə olacaq.

Yaşlı adamlar və kiçik yaşlı uşaqlar üçün xüsusi sistem nəzərdə tutulub – lazım olduğu halda avtobusdan sərnişinin enməsi üçün onun hündürlüyünü azaltmaq mümkün olacaq.

Bundan başqa yeni avtobuslar, sürücünün sərnişinləri müşahidə edə biləcəyi müasir videomüşahidə və videoqeydiyyat sistemi ilə təchiz edilib. Bunun üçün bütün salonda videokameralar, o cümlədən gizli videokameralar quraşdırılıb.

Bu avtobusların ətraf mühit üçün təhlükəsiz olması da önəmli amildir – onlar bütün son ekoloji təhlükəsizlik tələblərinə uyğun olaraq modelləşdirilib.

Bakıya hal-hazırda 12 avtobus gətirilib, ilin sonuna isə onların sayı 50-yə çatacaq. Gələn ilin əvvəlindən bu avtobuslar 65 və 61 marşrutlar üzrə işə düşəcək, may ayına qədər isə onları 18, 79 və 85 marşrutlarına buraxmaq planlaşdırılır.

Avtobuslar cəmi 69 – 24 oturmuş və 45 ayaq üstə olacaq – sərnişin üçün nəzərdə tutulub.

Ümumilikdə Bakıya 200 belə avtobusun gətirilməsi planlaşdırılır, bu isə əhalinin bütün təbəqələrinin rahat və təhlükəsiz ictimai nəqliyyat tələblərini gözəçarpacaq dərəcədə təmin etməyə yardım edəcək.

Öz növbəmizdə biz, bu materialın hazırlanmasında göstərdikləri yardıma görə Azərbaycan Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə, eləcə də “Xaliq Faiqoğlu” MMC-yə təşəkkür edirik.

Aliyə İsmayılzadə
Fotolar müəllifindir

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri