28 
Okt
2021
17:36
14
495
4154
Virtual karabakh

“Azəriqaz”dan xəttə hava vurulması ilə bağlı iddialara CAVAB

“İşlək qaz sisteminə hava vurulması texniki cəhətdən mümkün deyil”. 

Oxu.Az-ın məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev Reaksiya TV-yə açıqlamasında deyib.

O bildirib ki, bu yalnız qəza vəziyyəti ilə bağlı dayanma hallarında baş verə bilər:

“Vətəndaş fasiləsiz olaraq qazdan istifadə edirsə, belə bir hal ilə qarşılaşa bilməz. Yalnız qəza dayanmasından sonra müəyyən müddətdə qazişlədicilərdən havanın gəlməsi müşahidə olunur. Bəzi hallarda həmkarların səhlənkarlığı ucbatından qəzanın tam lokallaşdırılmaması səbəbindən həmin kəmərə müəyyən miqdarda hava daxil ola bilir. Bu isə çox az bir miqdar olur. Lakin işlək qaz sisteminə havanın vurulması mümkünsüz prosesdir. Olsa belə, bu, çox təhlükəli bir prosesdir”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri