Dek
2021
14:52
24
56
997
Virtual karabakh

Qrant müsabiqəsinə sənəd qəbulu davam edir

9 Dek, 2021
14:52
997

Qrant müsabiqəsinə sənəd qəbulu davam edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin elm və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş müsabiqəyə sənəd qəbulu dekabrın 14-ü saat 18:00-da başa çatır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, müvafiq istiqamətlər üzrə müsabiqəyə layihə təqdim etmək istəyən KOB subyektləri layihələrini qeyd olunan tarixədək agentliyə təqdim edə bilərlər.

KOB subyektləri müsabiqə üçün müvafiq sənədləri agentliyə elektron ([email protected]) və ya birbaşa (AZ1069, Bakı şəhəri, Atatürk prospekti, 134) təqdim edə bilərlər.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş qaydaya uyğun olaraq, müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hər bir şəxs müsabiqəyə yalnız bir layihə təqdim edə bilər. Layihələrin icra müddəti üç aydan az, 12 aydan çox olmamalıdır. Hər bir layihə üzrə maliyyələşdirmə məbləği maksimum 20 min manatdır.

Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri müvafiq ərizə, layihə və büdcənin əsaslandırılması üçün nümunəvi formaları agentliyin saytından, ətraflı məlumatı isə (012) 404 04 01 və 131 Çağrı Mərkəzindən əldə edə bilərlər. KOB subyektləri müsabiqəyə təqdim ediləcək sənədlərin hazırlanması üçün agentliyin KOB inkişafı mərkəzlərinin ödənişsiz dəstək və xidmətlərindən istifadə edə bilərlər. Layihələrin qiymətləndirilməsi zamanı onun KOB-ların inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin həyata keçirilməsi üçün tələb olunan müvafiq maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürüləcək.

Müsabiqənin nəticələri 10 fevral 2022-ci il tarixindən sonra KOBİA-nın rəsmi internet səhifəsində yerləşdiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri