24 
Yan
2022
12:32
230
61
1399
Virtual karabakh

“Xaçmaz KOB evində daha iki yeni xidmət istifadəyə verilib” - AÇIQLAMA + FOTO

24 Yan, 2022
12:32
1399

“Xaçmaz KOB evində daha iki yeni xidmət istifadəyə verilib” - AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2021-ci ilin aprel ayında Yevlax şəhərində Kiçik və Orta Biznes Evi (KOB evi) fəaliyyətə başlayıb ki, bununla da KOB evlərinin sayı ikiyə çatıb (Xaçmaz və Yevlax şəhərlərində olmaqla)”. 

Oxu.Az xəbər verir ki, bu sözləri KOBİA-nın 2021-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, sahibkarlara vahid məkanda dövlət və zəruri biznes xidmətlərinin göstərildiyi KOB evləri tərəfindən ötən il sahibkarlara ümumilikdə 50 mindən çox “G2B” (dövlət-biznes) və 3 mindən çox “B2B” (biznes-biznes) xidmətlər göstərilib: 

“Belə ki, Yevlax KOB evində səkkiz dövlət qurumu 150-dək, yeddi özəl şirkət 100-dək xidmət göstərir. 2021-ci il ərzində Yevlax KOB evi tərəfindən sahibkarlıq subyektlərinə 24 947 xidmət göstərilib ki, onlarında 91 %-i “G2B”, digər 9 %-i isə “B2B” xidmətlərdir. 

Xaçmaz KOB evində doqquz dövlət qurumunun 150-dək, səkkiz özəl şirkətin 100-dək xidməti mövcuddur. Ötən il “Xaçmaz KOB evi”ndə sahibkarlıq subyektlərinə 27 021 sayda xidmət göstərilib ki, onların da 97 %-i “G2B”, digər 3 %-i isə “B2B” xidmətlər olub. Bu yaxınlarda Xaçmaz KOB evində daha iki yeni xidmət istifadəyə verilib. KOB evləri üzrə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 % təşkil edir”.

Könül Cəfərli

FOTO: Rəşad Mehdiyev

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri