İyn
2022
11:42
143
14
873
Virtual karabakh

Alparslan Bayraktar: “Türkiyə alternativ qaz mənbələri axtarmağa davam edir”

2 İyn, 2022
11:42
873

Alparslan Bayraktar: “Türkiyə alternativ qaz mənbələri axtarmağa davam edir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son 20 ildə Türkiyənin təbii qaza olan tələbatı üç dəfə artıb”.

“Report”un məlumatına görə, bunu Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ilk günündə bildirib.

Onun sözlərinə görə, son üç il öncə Türkiyənin təbii qaza olan tələbatı 50 milyard kubmetrdən artıq 60 milyard kubmetrə çatır:

“Hazırda Türkiyə Avropada ən böyük qaz istehlakçısıdır və təbii qazın 70%-i idxal edilir”.

Nazir müavini qeyd edib ki, Türkiyənin qaz idxal etdiyi əsas qaz ölkəsi Rusiyadır:

“Son zamanlar ABŞ ölkəmizə qaz ixracında ilk üçlükdə yer alır. Türkiyə Trans-Anadolu Qaz Boru (TANAP) xəttinə böyük önəm verir. Amma bununla belə alternativ qaz mənbələri də axtarmaqda davam edir”.

A. Bayraktar bildirib ki, hazırda Türkiyə bu enerji tələbatını ödəmək üçün müxtəlif enerji mənbələrinə, xüsusilə alternativ və bərpaolunan enerjiyə üstünlük verir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri