İyn
2022
15:48
132
40
2019
Virtual karabakh

“Saudi Aramco” neft qiymətlərini gözləniləndən çox artırdı

6 İyn, 2022
15:48
2019

“Saudi Aramco” neft qiymətlərini gözləniləndən çox artırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” Asiya-Sakit okeanı regionunda müştərilər üçün iyul ayı üzrə neft tədarükünün qiymətlərini gözləniləndən yüksək səviyyəyə qaldırıb.

Bildirilir ki, bu, yay müddətində tələb və təklifin balansının pozulması ilə bağlı ola bilər.

Məlumata görə, Asiya bazarına iyul ayı üçün “Arab Light” markalı neftin rəsmi satış qiyməti iyun tədarükünün qiymətləri ilə müqayisədə 2,1 dollar/barel (3,6 manat) artıb ki, bu da “Oman/Dubay” markalı neft səbətinin qiymətindən 6,5 dollar (11 manat) yüksəkdir. Ancaq əksər treyderlər “Saudi Aramco”nun satış qiymətini cəmi 1,5 dollar (2,55 manat) artıracağını gözləyirdilər.

Bundan əlavə, satış qiyməti Şimali Avropa və Aralıq dənizindən olan alıcılar üçün müvafiq olaraq 2,2 (3,7 manat) və 2 dollar/barel (3,4 manat) artıb, ABŞ üçün isə dəyişməyib. Belə ki, bu üç bazar üçün “Arab Light” markalı neftin qiyməti “Argus Sour Crude Index” (ASCI) və “ICE Brent”in qiymətlərini bir barel üçün 4,3 (7,3 manat), 3,9 (6,6 manat) və 5,65 dollar (9,6 manat) üstələyir.

Mənbə: Reuters

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri