İyn
2022
18:55
55
165
1445
Virtual karabakh

İqtisadiyyat Nazirliyi AYİB ilə memorandum imzaladı - YENİLƏNİB + FOTO

8 İyn, 2022
18:55
1445

İqtisadiyyat Nazirliyi AYİB ilə memorandum imzaladı - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı Memorandum imzalanıb.

Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb. 

“Bu gün Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank for Reconstruction and Development (EBRD)) Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone ilə imzaladığımız Memorandum əməkdaşlığımızın genişləndirilməsinə və ölkəmizdə özəl sektorun inkişafını dəstəkləməklə, 2030-cu ilədək sosial-iqtisadi inkişaf hədəflərinə nail olmağa töhfə verəcək”, - deyə o qeyd edib.

17:51

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank for Reconstruction and Development (EBRD)) Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone və həmkarları ilə görüşüb.

Bu barədə o, özünün “Twitter” səhifəsində qeyd edib.

Bildirilib ki, bankla əməkdaşlığın genişləndirilməsi perspektivləri və nəzərdə tutulan yeni layihələr barədə fikir mübadiləsi aparılıb.

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri