25 
İyn
2022
17:53
106
12
1662
Virtual karabakh

Minifutbol turnirinə yekun vurulub - FOTO

25 İyn, 2022
17:53
1662

Minifutbol turnirinə yekun vurulub - FOTO

İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş minifutbol çempionatı başa çatıb.

Mayın 14-də start verilmiş turnirdə İqtisadiyyat Nazirliyi Aparatının strukturuna daxil olan və tabeliyindəki qurumların 34 komandası iştirak edirdi.

İyunun 25-də keçirilən final görüşündə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Azərlotereya” ASC-nin komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Azərlotereya” ASC-nin komandası qalib gəlib. Üçüncü yerin sahibi isə Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı komandasıdır.

Çempionatda ilk üç yeri tutan komandalara və nominasiyalar üzrə fərqlənən idmançılara fəxri fərman, pul mükafatı və hədiyyələr, çempionatın qalibinə isə kubok və pul mükafatı təqdim edilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri