Avq
2022
17:04
72
96
2210
Virtual karabakh

Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə dair mətbuat konfransı keçirildi

2 Avq, 2022
17:04
2210

Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə dair mətbuat konfransı keçirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizdə yeni sosial dəstək proqramına - Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə  başlanması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda mətbuat konfransı keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Fondun İdarə Heyətinin sədri Himalay Məmişov Birinci Qarabağ müharibəsi əlillərinin birdəfəlik ödəmə ilə təminatının Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısının növbəti təzahürü olduğunu vurğulayıb. O, Nazirlər Kabinetinin yeni təsdiqlədiyi Qaydaya uyğun şəkildə bu gündən həmin ödəmələrin təyinatına başlandığını deyib. 

1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş və həmin dövrədək hərbi xidmətdə xəsarət alması barədə məlumatları aidiyyəti qurumlar tərəfindən müvafiq elektron sistemə daxil edilmiş, o cümlədən sığorta ödənişi alması üçün məhkəmə qətnaməsi olan hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarından ibarət olan və sənədləri e-sistemdə olan 11 minədək müharibə əlilinə proaktiv qaydada (heç bir quruma müraciət etmədən və sənəd təqdim olunmadan) ödəmə təyin olunaraq bank hesablarına köçürüldüyü bildirilib. 

H.Məmişov birdəfəlik ödəmə ilə təminat mexanizminə dair məlumat verib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri