10 
Avq
2022
19:00
12
85
883
Virtual karabakh

Yunanıstan-Bolqarıstan interkonnektorunun istismara verilməsi niyə ləngiyir?

10 Avq, 2022
19:00
883

Yunanıstan-Bolqarıstan interkonnektorunun istismara verilməsi niyə ləngiyir?

“Şahdəniz” yatağından Azərbaycan qazını Bolqarıstana çatdırmalı olan Yunanıstan və Bolqarıstan (IGB) arasındakı interkonnektorun istismara verilməsində müəyyən gecikmə texniki xarakter daşıyır və sənədlərdəki uyğunsuzluqla əlaqələndirilir.

Bu barədə “Report”a qaz kəməri operatoru ICGB-dən məlumat verilib.

“Bolqarıstanın Ticarət Reyestri yunan tərəfindən olan İdarə Heyəti üzvlərindən birini müəyyən edə bilmədiyi üçün ICGB-nin rəhbərliyindəki dəyişiklikləri qeydə almaqdan imtina edib. Onun adı bolqar, yunan və ingilis dillərində fərqli yazılıb. Uyğunsuzluğu düzəltmək üçün ICGB söhbətin eyni şəxsdən getdiyini təsdiqləyən bütün lazımi sənədləri təqdim edib”, - deyə şirkətdən bildirilib və qeyd olunub ki, ICGB “prosesə yaşıl işıq yandırılacağına və tamamlanacağına” ümid edir.

Operatorun məlumatına görə, Bolqarıstan Ticarət Reyestrində qeydiyyat Bolqarıstan və Yunanıstanın milli tənzimləyiciləri (EWRC və RAE) tərəfindən sertifikatlaşdırma tələblərini yerinə yetirmək, həmçinin Avropa Komissiyasının təsdiqi üçün çox vacib elementdir. Sertifikatlaşdırma, öz növbəsində, Yunanıstan-Bolqarıstan xəttinin kommersiya istismarına başlamaq üçün lazımdır.

“Bütün səylərimiz istilik mövsümü başlamazdan əvvəl interkonnektorun kommersiya istifadəsinə verilməsinə yönəlib. ICGB kommersiya fəaliyyətinə başlamaq məqsədilə bütün şərtləri tez bir zamanda yerinə yetirmək üçün podratçı və iki ölkənin bütün müvafiq qurumları ilə sıx əməkdaşlıq edir”, - ICGB-dən bildirilib.

Operatorun sözlərinə görə, Bolqarıstanın təbii qazın daxili istehlakını demək olar ki, tamamilə ödəyə bilən interkonnektor artıq icrasının son mərhələsindədir və ən yüksək prioritet layihədir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri