21 
Sen
2022
15:20
334
29
1864
Virtual karabakh

Hadrutda SOCAR brendli yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib - FOTO

21 Sen, 2022
15:20
1864

Hadrutda SOCAR brendli yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib - FOTO

44 günlük Vətən müharibəsində əldə olunan şanlı Zəfərin ardından işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir. 

Bu xüsusda, bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsində SOCAR brendli yeni modul tipli yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib. Bu məntəqə Füzuli-Hadrut-Şuşa avtomobil yolundan istifadə edən avtonəqliyyat vasitəsi sahibləri üçün əlverişli hesab edilir. Sözügedən YDM-də Aİ-92 markalı benzin və dizel yanacağının satışı həyata keçiriləcək.

Bundan əlavə, “Zəfər yolu”nun Şuşa istiqamətində daha bir modul tipli YDM-in istifadəyə verilməsi nəzərdə tutulur. 

“SOCAR PETROLEUM” QSC daha əvvəl də Şuşa və Ağdam rayonlarında modul tipli YDM-ləri istifadəyə verib. Sonuncu istismara verilən YDM isə Qubadlı rayonunun Eyvazlı kəndində yerləşir. Hadrut qəsəbəsində istismara verilən yeni YDM ilə birlikdə, “SOCAR PETROLEUM” QSC-nin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında istifadəyə verilən YDM-lərinin sayı dördə çatdırılıb. 

Hazırda ölkə ərazisində SOCAR brendli 43 YDM şəbəkəsi və 11 neft terminalı bazası fəaliyyət göstərir. Ölkədə yeganə sıxılmış təbii qaz (CNG) terminalı və CNG şəbəkəsi olan “SOCAR PETROLEUM” QSC, ekoloji baxımdan təmiz olan CNG yanacağının satışında ölkə üzrə liderdir. SOCAR brendi ilə fəaliyyət göstərən YDM-lərdə müştərilər üçün bir sıra üstünlüklər, o cümlədən yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı mövcuddur.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri