İyn
2023
10:16
32
91
4703
Virtual karabakh

Nisyə mal alqı-satqısı edənlərin NƏZƏRİNƏ: 12 min manat cərimələnə bilərsiniz

5 İyn, 2023
10:16
4703

Nisyə mal alqı-satqısı edənlərin NƏZƏRİNƏ: 12 min manat cərimələnə bilərsiniz

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kredit tarixçələrindəki məlumatı düzgün və vaxtında təqdim etməyən nisyə mal alqı-satqısı ilə məşğul olanların 12 min manatadək cərimələnməsi təklif olunur.

“Report”un xəbərinə görə, bu, İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilən 440.3-cü bəndində əksini tapıb.

Yeni bəndə əsasən, “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində göstərilən nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslər tərəfindən “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna həmin Qanunda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 12 000 manatadək məbləğdə cərimə edilə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri