15 
Apr
2024
12:01
77
31
2917
Virtual karabakh

COP29-un loqosu təqdim edildi - YENİLƏNİB + VİDEO

15 Apr, 2024
12:01
2917

COP29-un loqosu təqdim edildi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

COP29-un loqosu mətbuat konfransında təqdim edilib.

Oxu.Az bildirir ki, loqo barədə COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri Nərmin Carçalova məlumat verib.

Loqoda hava və küləyi təcəssüm etdirən buta atmosferlə bağlı qayğıların həlli üçün tələb olunan həssas tarazlığı ifadə edir.

Su damlası şəklində olan buta dəniz səviyyəsinin dəyişməsi, quraqlıq və daşqınlar şəraitində suyun dayanıqlılığına olan zəruri ehtiyacı əks etdirir.

Od formasında təsvir edilən buta Azərbaycanın yanar ocaqlarını əks etdirir və bizi emissiyasız gələcək naminə enerjidən məsuliyyətlə istifadə etməyə çağırır.

Birləşərək dairə yaradan iki buta qarşılıqlı bağlılığımızı və evimiz olan Yer kürəsinin dayanıqlılığı üçün göstərilən daimi səyləri ifadə edir.

11:09

COP29-un loqosunun ehtiva etdiyi məzmun bəlli olub.

Oxu.Az bildirir ki, COP29-un loqosu iqlim dəyişiklikləri ilə əlaqədar qarşılaşdığımız qlobal problemlər və bu çətinliklərlə mübarizə üçün zəruri olan kollektiv fəaliyyəti özündə ehtiva edir.

COP29 sədrliyinin çoxşaxəli təşəbbüslər toplusunu özündə əks etdirən loqoda buta, yarpaq və su damlaları simvollarının sintezinə dayanaraq təbii resursların əhəmiyyəti kontekstində ekoloji həssaslığa və Azərbaycanın zəngin mədəni irsinə xitab edilib.

Qeyd edək ki, loqo COP29 Azərbaycan sədrliyinin mətbuat konfransında təqdim olunacaq.

Aytac Qasımova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri