15 
May
2017
11:36
14
82
2145
Virtual karabakh

“WannaCry” virusu milyondan çox kompüterə zərər verə bilər

Kibertəhlükəsizlik mütəxəssisləri hesab edirlər ki, 1,3 milyondan çox kompüter sistemi hələ də “WannaCry” virusu qarşısında köməksizdir. Cümə günü bu virusun yardımı ilə kiberhücum həyata keçirilib. 

Oxu.Az xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb. 

Daha öncə Aİ-nin Polis xidmətinin direktoru Rob Ueynrayt kiberhücumlar silsiləsinin bazar ertəsi bərpa edilə biləcəyini bəyan edib. Onun məlumatına görə, virusun yayılması artıq dünyanın 150 ölkəsində 200 min istifadəçiyə zərər gətirib.  

Britaniya kəşfiyyatının nümayəndələri kommersiya təşkilatlarına miqyaslı kiberhücuma hazır olmağı məsləhət görüblər. 

“Biz digər Britaniya mərkəzlərinə hücumun həyata keçirilməsi cəhdindən xəbərdarıq”, - bunu Britaniyanın Milli Kiber Təhlükəsizlik Mərkəzinin direktoru Kiaran Martin bildirib.

Daha öncə hakerlərin ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin proqramından istifadə etdikləri barədə məlumat yayılmışdı. “Financial Times” nəşri Amerika xüsusi xidmətlərinin “eternal blue” (“sonsuz mavi”) adlı alətinin “WannaCry” ilə uzlaşdırıldığı barədə məlumat yaymışdı.

N.О.
www.oxu.az

Digər İKT xəbərləri