16 
Noy
2017
10:00
26
49
4914
Virtual karabakh

Hər bir cihaz üçün tək "One Remote"!

16 Noy, 2017
10:00
4914

Hər bir cihaz üçün tək "One Remote"!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni nəsil Smart TV-lər bir çox üstünlüyə malikdir. İndi onlar DVD və Bluray pleyerləri, oyun konsolları, audio sistemləri, kabel televiziyası resiverləri və hətta internet modemləri kimi bir çox cihazı dəstəkləyir. Bu cihazların ayrı ayrılıqda qoşulması və tənzimlənməsi gərəkdir, həmçinin hər biri uzaqdan idarəetmə pultu ilə təchiz olunub.  Siz də razılaşarsınız ki, bir  film izləmək üçün hər zaman  saysız-hesabsız pultlar arasında lazım olanı axtarmaq çox darıxdırıcı və ürəksıxıcıdır. Bəs bu halda nə etmək olar? Misal üçün, pultlar üçün xüsusi rəf ayırmaq və hər birinin üzərində cihazın adını yazmaq olar. Və ya sadəcə  "Samsung"dan "One Remote" universal  idarəetmə pultundan istifadə etmək yetərlidir. “Universal idarəetmə pultu”  olduqca qəribə səslənir, deyilmi?

Həqiqətən də, "One Remote" Smart TV-yə qoşulu olan hər bir cihazın rahat idarə edilməsinə imkan yaradır. O, evinizin əyləncə sistemini tam idarə edir. Pult istifadədə çox rahatdır və sizə televizor seyrindən həzz almaq üçün tələb olunan yeganə cihazdır. Buna əsaslanaraq, istehsalçı onu “Yeganə və Tək” (The One) adlandırıb. "Samsung" Smart TV qoşulan cihazı avtomatik təyin edərək, onun idarəsini "One Remote" pultuna dövr edir. Artıq rahat, yerinizi tərk etmədən və lazımi pultu axtarmadan asanlıqla ev kinoteatrından kabel televiziyasına keçid etmək mümkündür. Siz, sadəcə, universal pultun köməyilə cihazları dəyişirsiniz. Həmçinin, artıq “menyu” düyməsini tapmaq üçün istifadə qaydalarını saatlarla oxumağa da gərək qalmır. Belə ki, "Samsung One Remote"un intuitiv anlaşılan dizaynı sayəsində idarə etmək çox asandır! Əlavə olaraq o, səs ilə idarəetməni də dəstəkləyir. Bu imkanın sayəsində isə siz Smart TV-nin istənilən funksiyalarından səs komandası vasitəsi ilə yararlana bilərsiniz.  

"Samsung One Remote" universal pultu rahat və asan idarəetmənin təminatıdır.  Onu bir dəfə istifadə etdikdən sonra, köhnə uzaqdan idarəetmə pultlarına qayıtmaq istəməyəcəksiniz.

"Samsung" Smart TV televizorları haqqında əlavə məlumatı Baku Electronics, Kontakt Home, Maxi.az, Music Gallery, Optimal və Soliton mağazalar şəbəkələrindən əldə etmək olar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri