17 
Noy
2017
09:00
43
26
2769
Virtual karabakh

Super xanımların sirri - "Samsung Anti-Tangle" tozsoranı sizin ola bilər

17 Noy, 2017
09:00
2769

Super xanımların sirri - "Samsung Anti-Tangle" tozsoranı sizin ola bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabr ayı boyunca hər həftəsonu 28 Mall ticarət mərkəzində "Samsung" şirkətinin keçirdiyi aksiyada iştirak edib həm əylənə, həm də son model "Anti-Tangle" tozsoranını qazana bilərsiniz.

Super xanımların sirri olan "Anti-Tangle" tozsoranları ilə indi evdə təmizlik işləri görmək çox asanlaşır. Yəqin ki, bütün xanımlara tozsoranın sağa-sola çevrilməsi, aşması tanışdır. Sözsüz ki, bu, yır-yığış işlərini ləngidir və xanımların vaxtını alır. Yeni "Anti-Tangle" tozsoranlarının təkərləri elə quraşdırlıb ki, onu arxanızca aparanda o, hər bir hərəkətinizi təkrarlayır və sizi izləyir. "Anti-Tangle" tozsoranlarının əsas seçilən xüsusiyyətlərindən biri də odur ki, yığılan saçlar və digər zibillər heç bir halda filtri bağlaya bilmir. 

Çox yazıb sizi yormaq istəmirik, 17 noyabrdan 26 noyabr tarixinədək 28 Mall-un 3-cü mərtəbəsinə gəlin, "Anti-Tangle" tozsoranı ilə yaxından tanış olun. Bəlkə, qaliblərdən biri elə siz oldunuz!

Qeyd edək ki, iştirakçılar arasından hər günün sonunda bir qalib seçiləcək və hər günün qalibi "Samsung Anti-Tangle" tozsoranını qazanacaq. Oyunda qalib olmaq üçün isə tozsoranın funksiyalarından çevik, sürətli istifadə etmək gərəkir.

Sizi  hər gün saat 10:00-dan 22:00-dək 28 Mall ticarət mərkəzinin 3-cü mərtəbəsində gözləyirik!

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri