23 
Noy
2017
13:50
40
57
2045
Virtual karabakh

Növbəti ildə bu qədər smartfon satılacaq

23 Noy, 2017
13:50
2045

Növbəti ildə bu qədər smartfon satılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Digitimes” analitik agentliyinin hesabatına əsasən, 2018-ci ildə qlobal smartfon satışının həcmi 1,5 milyardı ötəcək.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, çinli analitiklərin rəyinə görə, 2017-ci ilin sonunadək təxminən 1,43 milyard telefon satılacaq.

2018-ci ildə bu göstərici təxminən 5% artacaq. Ekspertlər əmindirlər ki, ən çox smartfon Cənub-Şərqi Asiya, Cənubi Amerika və Afrikanın inkişaf etməkdə olan bazarlarında satılacaq. 2018- 2022-ci illərdə satılmış smartfonların sayı ildə 60-70 milyon artacaq.

ABŞ-ın “Apple” şirkəti və Finlandiyanın “Nokia” şirkətini nəzərə almasaq, smartfonların əksəriyyəti Asiya şirkətləri tərəfindən istehsal edilir. Proqnozlara görə, Çinin “Huawei”, “Oppo” və “Vivo” şirkətləri artıq bu il qlobal smartfon istehsalçılarının reytinqində müvafiq olaraq üçüncü, dördüncü və beşinci yerləri tutacaqlar.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri