26 
Fev
2018
11:28
50
17
2566
Virtual karabakh

“AppLab” proqramının məzunları və yeni iştirakçıları bir arada – FOTO

26 Fev, 2018
11:28
2566

“AppLab” proqramının məzunları və yeni iştirakçıları bir arada – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 23-də Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” özünün “AppLab” inkişaf və inkubasiya proqramının məzunlarını və yeni iştirakçılarını bir araya gətirib.

Oxu.Az-ın məlumatına görə, keçən mövsümdə “AppLab”da iştirak etmiş layihələrin uğurlarını qeyd etmək və proqrama yeni seçilmiş  komandaları salamlamaq üçün təşkil olunan tədbirdə “Blutu”, “ARzoom”, “Buket.al”, “Garden”, “Mango”, “CineManiac” və “MoodMusic” layihələrinin müəllifləri ideyaların hazır və bazarda tələb olunan məhsullara çevrilməsində “AppLab”ın mühüm rolu haqqında danışıblar. 

Proqrama yeni qəbul olunan komandalar isə (“Run2Help”, “Way To Future”, “Vavelya”, “Tusi” və “MadebyAz” layihələri) öz ideyalarını təqdim edib və bu fürsətə görə “Bakcell” şirkətinə öz təşəkkürlərini bildiriblər.

“Bakcell” şirkəti olaraq biz Azərbaycanın gənc developerlərinin böyük potensiala malik olduqlarından əminik və inanırıq ki, bu gənclərin ideyaları tək yerli bazar deyil, hətta beynəlxalq səviyyədə belə rəqabət apara biləcək məhsul və xidmətlərə çevrilə bilər.

İnnovasiya sahəsində lider olan “Bakcell” gənc nəslin nümayəndələrinə inkişaf imkanları, məsləhətlər və hətta ideyaların həyata keçirilməsi üçün tələb olunan dəstəyi göstərməyə hazırdır. Gördüyünüz kimi, zəhmətimiz öz bəhrəsini verir və biz “AppLab” iştirakçıları arasında bu qədər uğurlu layihələrin olması ilə qürur duyuruq!”, -deyə “Bakcell”in baş icraçı direktoru Nikolai Beckers bildirib.

“AppLab” layihəsinin iştirakçıları şirkətin “AppLab” Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı, üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər.

“AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar.

“AppLab” Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.

“Bakcell” yerli gənc istedadların öz startap layihələrini həyata keçirə bilməsinə kömək edir və beləliklə, Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri