27 
Dek
2018
10:00
15
76
15067
Virtual karabakh

Bayramı “Samsung” smartfonları ilə qeyd edin

Yeni il yaxınlaşdığına görə  hər kəs bayram ağacını bəzəyib, şəhərdə yeni il yarmarkası təşkil olunub, hər tərəfdə rəngarəng işıqlar bərq vurur və çox sevdiyimiz yeni il bayramının abu havası hiss olunur. İdeal hədiyyələr seçməyin tam zamanıdır, hansı ki Samsug-un bu il təqdim etdiyi geniş smartfon kategoriyaları sayəsində artıq heç də çətin deyil.

Galaxy J6+ professional şəkillər çəkmək üçün ikili kamera ilə təchiz olunub. Həmçinin, burada fotolara müxtəlif effektlər əlavə etmək mümkündür. MicroSD  kart vasitəsi ilə 512 Qb-ta qədər artırıla bilən 32 QB daxili yaddaşı sayəsində istədiyiniz qədər şəkil çəkə bilərsiniz. Üç dərəcəli flash işığı ilə təchiz olunmuş ön kameralı Galaxy J xəttinin smartfonlarıyla özünüzü asanlıqla atəşfəşanlıq fonunda çəkə bilər və yeni il fişənglərindən zövq ala bilərsiniz.

Galaxy S9 xəttinin smartfonları multifunksionallığın və zərifliyin təcəssümüdür. Galaxy S9 və S9+-un köməyi ilə həm gündüz, həm də zəyif işıqlandırma şəraitində əla təsvirlər əldə etmək olar. Həmçinin, bu smartfonlar “slowmo” çəkim rejimində asanlıqla “zamanı dayandıra” və  animasiyalı selfimoji yarada bilirlər. Bu xətt smartfonları ilə siz “sərhədsiz” ekran üzərində film və video seyrindən zövq alaraq yeni təəssüratlar yaşayacaq, displeydə baş verənlərin abu havasına dalacaqsınız.

Keyfiyyətli foto çəkiliş həvəskarlarını sevindirmək üçün Galaxy A seriyasının smartfonları ideal hədiyyə  sayıla bilər. Yeni Galaxy A7 genişformatlı  inovativ 120° kamerası, hətta, zəif  işıqlandırma şəraitində əldə edilən parlaq şəkilləri,”Live focus” rejimində çəkilmiş inanılmaz portretləri ilə sizləri heyrətləndirəcək. İkiqat optik zoom ilə təchiz olunmuş Galaxy A9-un  xüsusi kamerası sayəsində isə siz hətta uzaq məsafədə olan mənzərələrin ən xırda detalını belə əks etdirə biləcəksiniz. 

Əlbəttə ki, super güclü Note 9-u da unutmamaq lazımdır. 6,4” ən geniş “sərhədsiz” displey ilə video seyrindən həzz almanı və smartfon istifadəsini yenidən kəşf edin. S Pen stilusu ilə isə cihazınızı tam idarə edib, vaxtınızı xoş keçirin.  Həmçinin, həm gündüz, həm də gecə vaxtı keyfiyyətli təsvirlər yaratmağa imkan yaradan ikili diafraqma ilə təchiz olunmuş bu smartfonların kamerası ilə yeni çəkim imkanlarından yararlanın.

Samsung smartfonları, əzizlərinizi sevindirməyə unikal fürsət təqdim edir, belə ki, geniş model xətti sizə hər bir yaxınınıza əla hədiyyə seçmək imkanı bəxş edir.

www.oxu.az

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri