22 
İyl
2019
05:39
78
35
1942
Virtual karabakh

“Twitter” bir sıra İran KİV-nin səhifəsini bloklayıb

22 İyl, 2019
05:39
1942

“Twitter” bir sıra İran KİV-nin səhifəsini bloklayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Twitter” sosial şəbəkəsi fars dilində dərc olunan bir sıra İran kütləvi informasiya vasitələrinin hesablarını əngəlləyib.

RİA Novosti” xəbər verir ki, əngəllənən farsdilli səhifələr IRNA, YJC və “Mehr” agentliklərinə məxsus olub. Onların digər dillərdəki hesabları aktiv qalıb.

Əngəllənməyə bir neçə İran fiziki və hüquqi şəxslərinin akkauntları da məruz qalıb.

“Mehr”in məlumatına görə, onun “Twitter»dəki iki hesabı Hörmüz boğazında Britaniya tankeri “Stena Impero”nun İran tərəfindən saxlanılması xəbərinin dərc edilməsindən sonra bloklanıb.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri