24 
İyl
2019
20:47
54
232
14311
Virtual karabakh

Yeni nəsil “iPhone”lar belə olacaq - FOTO

24 İyl, 2019
20:47
14311

Yeni nəsil “iPhone”lar belə olacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Apple” sentyabrda üç yeni “iPhone” modeli təqdim edəcək.

Bu barədə “9to5mac.com” saytı məlumat yayıb.

Bildirilib ki, yeni modellər “Cebu” kod adı ilə tanınan A13 çipləri ilə təmin olunacaq. Smartfonlarda işıqlandırma konnektorları olacaq.

Yeni modellərin ekran ölçüləri “iPhone XS”, “iPhone XS Max” və “iPhone XR”dəki kimi olacaq.

Bundan əlavə, təqdim olunacaq yeni versiyalarda “3D Touch” funksiyasının əvəzində “Taptic Engine” texnologiyasından istifadə olunacaq ki, bu da ekrana toxunma həssasiyyətini artıracaq.

Qeyd edək ki, daha əvvəl “Bloomberg” “iPhone”un yeni modellərinin arxa panelində 3 kameradan istifadə olunacağını iddia etmişdi.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri