30 
Avq
2019
00:01
113
48
3462
Virtual karabakh

"Huawei"in yeni smartfonları "Google"suz olacaq

30 Avq, 2019
00:01
3462

"Huawei"in yeni smartfonları "Google"suz olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Huawei Mate 30" və "Mate 30 Pro" smartfonlarında əvvəlcədən yüklənmiş "Google" əlavələri olmayacaq.

Bu barədə şirkətin nümayəndəsi "Reuters" agentliyinə açıqlama verib.

"Huawei" yeni smartfonların 2019-cu ilin sentyabrında çıxacağını və açıq mənbə kodu olan "Android" versiyasında işləyəcəyini elan edib.

"Huawei" smartfonlarında "Google Play", "Gmail" və hətta axtarış sistemi daxil olmaqla, "Google"un heç bir rəsmi əlavəsi olmayacaq.

Xatırladaq ki, bu ilin mayında ABŞ Ticarət Nazirliyi "Huawei" şirkətini və onun 70 filialını qara siyahıya daxil edib. Nəticədə, "Google", "Intel", "Xilinx", "Broadcom" və digər ABŞ şirkətləri Çin istehsalçısı ilə əməkdaşlığını dayandırıb. Həmçinin, "Huawei" smartfonlarına ("Instagram" və "WhatsApp" daxil olmaqla) "Facebook"dan olan əlavələr quraşdırılmayacaq.

İyulda "Huawei"in vitse-prezidenti Ketrin Çen, özlərinin "Hongmeng" sisteminin hazır olmasına baxmayaraq, gələcəkdə də "Google"un OC Android sistemindən istifadə etməyi planlaşdırdıqlarını demişdi.

ABŞ hökuməti "Huawei" şirkətinə 2019-cu ilin noyabrına qədər fəaliyyət lisenziyası versə də, bu, "Huawei"in gələcək smartfonlarına aid deyil. Onlarda ABŞ şirkətlərinin xidmətləri işləməyəcək.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri