28 
Dek
2019
09:23
90
7
1097
Virtual karabakh

“Beko”dan kiçik qəhrəmanlarına dəstək - VİDEO

Bəzi ucqar bölgələrimiz var ki, əhali sayı az olduğuna görə bir neçə kəndin payına cəmi bir məktəb düşür. Belə olan halda isə kəndin məktəbli sakinləri məktəbə getmək üçün uzun və çətin yollar qət etməli olurlar.

Uşaqlara isə yolun uzunluğundan çox qarlı və yağışlı havalarda daha da əlverişsiz olan yol şəraiti mane olur. Bu da onların dərsə davamiyyətinə mənfi təsir göstərir, hətta bəzi hallarda təhsili davam etdirə bilmirlər.

İsmayıllı rayonunun ucqar Duvaryan və Çandahar kəndlərinin məktəbliləri də bu cür çətinliklər yaşayırdı. Çünki uşaqlar qonşu Brovdal kənd orta məktəbinə getmək üçün hər gün piyada 4-8 km yol getməli olurdular. 

“Beko” kiçik qəhrəmanların təhsilinə dəstək olmaq məqsədilə “Camping Azerbaijan” şirkətinin ucqar kəndlərdəki məktəb probleminə əsaslanan “Məktəb avtobusu ucqar kəndlərdə” sosial layihəsinin sponsorları sırasına qoşulub.

Belə ki, “Beko” sentyabr ayından sözügedən iki kənddə yaşayan yeddi məktəbli üçün ayrılmış nəqliyyat vasitəsinin xərclərini öz üzərinə götürüb.

Uşaqlar dərs ili boyunca kənd sakini Niyaz Kiçikliyə məxsus UAZ minik avtomobili ilə dərsə aparılıb-gətiriləcək və onlar dərslərdə mütəmadi iştirak edə biləcəklər.   

Bir neçə ildir “Eat Like A Pro” layihəsi ilə uşaqların sağlam qidalanmasına diqqət çəkən “Beko” “Məktəb avtobusu ucqar kəndlərdə” təşəbbüsünə qoşularaq sağlam gələcək üçün qida qədər əhəmiyyətli olan təhsilə də dəstək olmağa başlayıb.

Layihə haqqında ən son yeniliklər üçün www.soliton.az (https://www.soliton.az/pages/yenilikler/) saytına keçid edə və abunə ola bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri