Mar
2020
17:05
31
52
2005
Virtual karabakh

“HUAWEI” şirkəti “HUAWEI AppGallery” əsaslı mobil tətbiqlərin ekosisteminin inkişaf planını təqdim etdi

“HUAWEI” şirkəti “HUAWEI AppGallery” tətbiqlər mağazasını bütün dünyadakı müştərilərinə əlverişli tətbiqlərin yayılması üçün açıq innovasiya platforması etməyə çalışır. 5G-bağlantının ardıcıl yayılması mobil qurğuların yeni imkanlarına çıxışı təmin edir.

İstifadəçilər çox vaxt öz tapşırıqlarını həll etmək üçün bir neçə cihazdan eyni anda istifadə edirlər, mobil tətbiqlər isə effektiv çarpaz platforma əlaqəsinin əsas komponentinə çevrilir. Məhz buna görə “HUAWEI” bütün diqqətini intellektual mobil tətbiqlərin inkişafına yönəldir. 

“HUAWEI AppGallery” - istifadəçilərə tətbiq, xidmət və kontentə rahat alternativ çıxışı təmin edən rəsmi “HUAWEI” platformasıdır. Bu gün “HUAWEI AppGallery” 170-dən çox ölkədə mövcuddur və ayda təxminən 400 milyon aktiv istifadəçiyə xidmət göstərir (MAU). Bu, dünyanın ən böyük üç tətbiq mağazasından biridir və təklif etdiyi çeşidlər arasında populyar mobil tətbiqlər və servislər var.

Dünyanın üçüncü ən böyük tətbiq mağazası

“Şəxsi məlumatların qorunması hər zaman şirkət siyasətinin əsasını təşkil edib. Məxfiliyi və kibertəhlükəsizliyin qorunmasını işimizin əsas prioritetlərindən biri hesab edirik və məhsulun yaradılmasının bütün mərhələlərində müvafiq funksiyaları və texnologiyaları yüksək dəqiqliklə tətbiq edirik.

Məxfiliyin və istifadəçi məlumatlarının qorunması üçün bütün etibarlı həllər “HUAWEI AppGallery”də mövcuddur”, – deyə “HUAWEI” İstehlakçı Biznes Qrupunun baş direktoru Richard Yu bildirib.

“HUAWEI”in dünyada yüz milyonlarla istifadəçisi var. Bu auditoriya mobil qurğu və tətbiqlərin universal ekosisteminin inkişafı üçün əsas oldu. Kənar tərtibatçılara şirkətin proqram və aparat məhsullarını əldə etmək imkanı verən HMS Core platforması “HUAWEI”yi müştərilərə istənilən istifadə vəziyyətlərində faydalı və innovativ məhsulları təqdim etmək imkanı ilə təmin edir.  

Hazırda “HUAWEI” ekosistemin inkişafına 3000-dən çox mühəndis cəlb edib, istehsalçıların operativ dəstəyinin vahid beynəlxalq mərkəzini yaradıb və bu sahədə innovasiyaları aktivləşdirən tətbiq və xidmətlərin istedadlı kənar istehsalçılarını stimullaşdırmaq və mükafatlandırmaq üçün hazırlanan Shining-Star proqramını işə salıb. 

“HUAWEI AppGallery” - tətbiqlərin yüklənməsi üçün etibarlı və təhlükəsiz platformadır.

“HUAWEI AppGallery” tətbiqlər mağazası tərtibatçının əsl adının və tətbiqlərin təhlükəsizliyinin yoxlanılması üçün dörd mərhələli prosesdən ibarət kompleks təhlükəsizlik sistemi ilə təchiz edilib.

Yüklənmiş bütün tətbiqlər zərərli aktivliyin mümkünlüyünü aradan qaldırmaq üçün ciddi yoxlamadan keçir. Mağazada uşaqları və yeniyetmələri məhsulların uyğun olmayan kontentindən qoruyan yaş reytinqi sistemi mövcuddur.

“AppGallery” məxfi məlumatları qorumaq və istifadəçi gizliliyini təmin etmək üçün yüksək səviyyəli yoxlamalardan istifadə edir. Biometrik məlumatlar kimi şəxsi informasiya tam nəzarət hüququ verilməklə heç zaman “HUAWEI” mobil qurğusundan kənarda emal üçün istifadəçiyə ötürülməyəcəkdir. “EMUI” əməliyyat sistemi istifadəçilərə tətbiqlərin hüquqlarına nəzarət etməyə imkan verir. Bütün istifadəçi məlumatları anonimdir və hər bir istifadəçinin regionuna uyğun olaraq lokal saxlanılır. 

“HUAWEI AppGallery” – “HUAWEI” smartfon və planşetləri üçün keyfiyyətli tətbiqlər mənbəyidir.

“HUAWEI” rahat bir istifadəçi təcrübəsi üçün zəmin yaradan tətbiq çeşidlərini genişləndirmək üçün fasiləsiz çalışır.

Mağazanın portfelində həm populyar qlobal tətbiqlər, həm də gündəlik vəzifələrin həlli üçün lazım olan yerli məhsullar var. “HUAWEI AppGallery” tətbiqləri xəbər, sosial şəbəkə, əyləncə və bir çox başqaları da daxil olmaqla, 18 kateqoriyaya bölür. Bütün tətbiqlər sadə və rahat baxışla axtarış üçün əlverişlidir. Əgər istifadəçiyə kataloqda olmayan tətbiq lazım olduqda o, onun adını “İstəklərin siyahısına” göndərə bilər. Bu tətbiq mağazaya daxil olan kimi istifadəçi bildiriş alacaqdır.  

Bundan əlavə, “HUAWEI” keyfiyyətli kontent təchizatçıları ilə partnyorluq sazişləri bağlayır. Yeni partnyorların arasında – Böyük Britaniyanın ən böyük media şirkətlərindən biri olan, müxtəlif sahələr üzrə dəqiq və aktual xəbərləri çatdıran “News UK” da var. İstifadəçilər gündəlik məqalələrə, radioproqramlara və eksklüziv mətnlərə çıxışı “HUAWEI” smartfonlarının xəbər lentindən birbaşa əldə edəcəklər.

"Mən əminəm ki, “HUAWEI”lə bağladığımız saziş uzunmüddətli qarşılıqlı sərfəli əməkdaşlığın əsasını qoyacaq. Birlikdə biz istifadəçilər üçün faydalı və əyləncəli kontentə girişi sadələşdirən bir çox innovativ layihələri reallaşdıra biləcəyik", - deyə “News UK”nın texniki direktoru Kristina Skott söyləyib. 

“HUAWEI AppGallery” tətbiqləri HUAWEI qurğuları üçün optimallaşdırılıb

“HUAWEI AppGallery”dən yüklənmiş tətbiqlər “HUAWEI” qurğularında iş üçün optimallaşdırılıb və onlar şirkətin proqram və aparat texnologiyalarından tam istifadə edirlər. Müxtəlif qurğuların proqram və aparat resurslarını birləşdirən və onların arasında qarşılıqlı əlaqəni sadələşdirən “HUAWEI HiAI” intellektual tətbiqləri üçün açıq platforma əsas amil kimi xidmət edir.

Məsələn, “WPS Office” tətbiqi skan edilmiş sənəd və fotoşəkillərdəki mətni oxumaq üçün “HiAI”yə  quraşdırılmış simvolların intellektual tanınması funksiyasından istifadə edir. Tətbiq məhsuldarlığı xeyli artıraraq sənədləri avtomatik tapır və deşifrə edir.

“Sürətli tətbiqlərin” sadə və rahat interfeysi “Quick Apps”

“Quick Apps” - quraşdırılma tələb etməyən tətbiq kateqoriyasıdır. Onlar rahat istifadəçi interfeysinə, güclü funksionala malikdirlər, yenilənmə tələb etmirlər və yaddaşda çox az yer tuturlar. Tam identik funksionalına baxmayaraq, sürətli tətbiqlər “ОС Android”in ənənəvi tətbiqləri ilə müqayisədə beş dəfə az proqram koduna malikdirlər və buna görə də qurğunun yaddaşında daha az yer tuturlar. Belə ki, istifadəçilər 1 QB yaddaşda 20 ənənəvi tətbiq əvəzinə 2000-dən çox sürətli tətbiq yükləyə bilərlər. 

Sevimli və çox istifadə olunan “sürətli tətbiqləri” rahat giriş üçün birbaşa iş stoluna əlavə etmək olar. Bu gün “sürətli tətbiqlər” 350 milyondan çox “HUAWEI” telefonlarında istifadə olunur. İndi istifadəçilər üçün bu kateqoriyada 1700-dən çox tətbiq mövcuddur, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 200% çoxdur.

5G - bağlantının yayılması ilə “Quick App” “sürətli tətbiqləri” Çin bazarında sınanmış istehsal standartlarını və alətlərini yeni-yeni ölkələrdə, regionlarda açaraq bütün dünya istehsalçıları üçün əlçatan olacaqlar. Nəticədə “AppGallery” ilə işləyən bütün tərtibatçılar öz istifadəçilərinə Quick App tətbiqinin unikal üstünlüklərini təqdim edə bilərlər.

“HUAWEI” istifadəçilərə keyfiyyətli və təhlükəsiz proqram məhsulları və aktual kontent təklif edərək HMS ekosistemini və “HUAWEI AppGallery” tətbiqlər mağazasını fəal inkişaf etdirəcək.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri