Apr
2020
10:08
54
68
3631
Virtual karabakh

Bazarın ən yaxşı 4K TV-lərini seçirik - #TVDƏQAL

Sevdiyi serialı və ya kinonu 4K keyfiyyətdə izləməyə kim pis baxar?! 

Artıq günümüzün çox hissəsini TV ilə keçiririk. Xüsusilə evdə oturduğumuz bu günlərdə görüntü keyfiyyəti daha da önəmli olmaqdadır. Bu məqalə isə hələ də “Smart TV” dəstəkli 4K TV-si olmayanlar üçündür. Siz də digərlərinə baxa-baxa qalmayın, öz 4K TV-nizə baxın deyə sizin üçün xüsusi siyahı hazırlamışıq. 

Elə isə TV seçimlərinə yaxın əyləşin! Sizə özəl 4K və Smart məsləhətlərimiz var.

“Xiaomi Mi LED”

DİQQƏT! TV-də göstərilənə yox, TV-nin öz dizaynına belə baxa-baxa qala bilərsiniz. Çünki incə metal korpus, doğrudan da, özünə baxdırır. Android TV özəlliyi isə sizin serial və film istəklərinizi tam cavablayır. Həm də “Dolby + DTS” səs sistemi sizə bütün hissləri 4K yaşadacaq.

Qiymət və keyfiyyət vəhdəti burada tam qorunur. TV-nin öz qiyməti 899.99 manat olsa da, siz onu nağd alışda 699.99 manata əldə edə biləcəksiniz. Lap istəsəniz hissə-hissə ödənişlə alın. Bütün bu informasiya üçün bu linkə keçid edə bilərsiniz.

“Hoffman LED 50”

“Televizorum əzizdir, qiyməti ondan da əzizdir” deyirsinizsə, “Hoffman LED” tam axtardığınızdır.

“Android TV” sistemli 4K TV eviniz üçün əla həll olacaq. Sanki onu sizin iç səsinizi eşidərək hazırlayıblar. Sadəcə, iç səsinizi deyil, bu TV öz səsinizi də eşidir və səslə idarəolunma sisteminə malikdir. Sizin yerinizə olsaq, “Hoffman” alardıq!

Bu, 50” (127 sm) ekran 4K TV üçün ən yaxşı qiymətdir. Belə ki, 1099 manat olsa da, indi endirimlə cəmi 859.99 manata sizin ola bilər. Sizin olması üçün bu linkə keçməyiniz kifayətdir.

Daha böyük ekran həvəskarları üçün 65” (165 sm) ekran versiyası da var. Həm də nağd alışda 180 AZN endirimlə. Endirimi qaçırmamaq üçün buradan sifariş edin!

“LG LED TV”


 
Bu TV FULL HD-dən dörd dəfə daha FULL-dur. Yəni 4K keyfiyyətindədir. Dördqat daha detallı görüntünün yanında daha canlı rənglər ötürən IPS ekran təsəvvür edin. Bir də təsəvvür edin ki, 4K Active HDR texnologiyası ilə rəngləri bütün dərinliklərinə qədər görəcəksiniz. Özü də haradan istəsəniz – 60°-lik bucaqdan baxsanız belə. DTS Virtual:X səs sistemi ilə bu TV-nin səsi hər tərəfdən və yüksəkdən gələcək!

Bəs qiymət? Sizi hazırda nağd alışa 150 manat endirim kampaniyasından yararlanmağa və 43” (109 sm) ekranlı bu TV-ni cəmi 949.99 manata əldə etməyə çağırırıq. Sifariş və ya hissəli ödəniş şərtləri üçün isə buraya keçid edə bilərsiniz.

“Samsung LED”

Evdə oturub həyatın əsl rəngləri üçün darıxanlar... Sizə məsləhətimiz: TV-ə baxın. Amma “PureColor” texnologiyalı “Samsung LED” televizoruna. Bu texnologiyayla rənglər necə olmalıdırsa, məhz elə görünür. Yəni bu TV ilə oyun çıxarmağa hazır olun. UHD keyfiyyətli görüntü sizə yüksək keyfiyyətli oyun və serial təcrübəsi söz verir.

Rəngləri kimi qiyməti də həyat şərtlərimizə tam uyğundur. 50” (127 sm) ekranlı bu TV nağd alışda 200 manat endirimlə cəmi 1199.99 manat olacaq. Qalan bütün təklif və şərtləri isə buradan öyrənə bilərsiniz.

“SONY KD”


 
Bu televizorun üstünlüyü bir deyil, iki deyil... Maksimal görüntü üçün bütün önəmli detallarda özəl texnologiyalar öz işini görür. HDR rəngi daha canlı və parlaq edirsə, Local Dimming qara rəngin dərinliyini daha da artırır, “Motionflow XR” isə gözü yoran görüntü sıçrayışlarının qarşısını alır.

Görüntüsü belə olan TV-nin səsi necədir, təsəvvür edin. “S-Force Front Surround” səs sistemi sizə istədiyiniz səs effektini yaşadacaq. 

Bu superqəhrəman özəlliklərinə sahib 55” (140 sm) ekranlı TV nağd alışda 250 manat endirimlə cəmi 1649.99 manatdır. Hissəli ödəniş şərtləri və ya sifariş üçün bura daxil olun.

Bu arada, TV-lər üçün daha ətraflı izah və ya məsləhət istəyirsinizsə, “Kontakt Home” yeni onlayn video-konsultant xidmətinə başlayıb. Sizə videozənglə hər şeyi izah edirlər, həm də pulsuz.

Deyək ki, istədiyiniz məhsulu kontakt.az-dan seçdiniz, onu da tam pulsuz və təhlükəsiz qapınıza qədər gətirirlər. İndi seçim sizdədir!

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri