21 
Apr
2020
18:05
35
412
14851
Virtual karabakh

Azərbaycanda internet təchizatındakı problemlə bağlı AÇIQLAMA - YENİLƏNİB

21 Apr, 2020
18:05
14851

Azərbaycanda internet təchizatındakı problemlə bağlı AÇIQLAMA - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Delta Telecom”dan ölkə ərazisində internet təchizatında yaranan problemlə bağlı saytımıza açıqlama verilib.

“Delta Telecom”dan Oxu.Az-a bildirilib ki, internetdə kəsinti yoxdur:

“Bəzi istiqamətlərdə keyfiyyəti yüksəltmək üçün profilaktik tədbirlər həyata keçirilməsi ilə əlaqədar olaraq sıxlıqlar yaranıb.

Karantin rejimində istifadəçilərin çoxluğu ilə əlaqədar belə hallar yaşana bilər. Ölkədə internet kəsintisi barədə məlumatlar yanlışdır”.

17:17

Hazırda ölkədə internetə girişdə çətinlik yaranıb. 

Oxu.Az-ın məlumatına görə, problem bu gün səhər saatlarından ortaya çıxıb.

Belə ki, ölkənin bəzi bölgələrində internet təchizatında çətinliklər müşahidə edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Oxu.Az-a bildirilib ki, nazirliyə bununla bağlı heç bir şikayət daxil olmayıb.

KATV1-in marketinq şöbəsinin rəhbəri Əli Əliyev deyib ki, internet trafikinin verilməsində problemlər provayderlərin özündə yox, onlara trafiki təqdim edən operatorda yaranıb.

Ə.Əliyev bildirib ki, hazırda bərpa işləri aparılır və 15-20 dəqiqə ərzində abunəçilərə internet normal qaydada veriləcək.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri