21 
İyn
2020
16:50
30
139
2307
Virtual karabakh

İT Biznes təhlilçisi: “Doğru istifadə şərtlərində “E-Təbib” öz effektivliyini göstərəcək”

21 İyn, 2020
16:50
2307

İT Biznes təhlilçisi: “Doğru istifadə şərtlərində “E-Təbib” öz effektivliyini göstərəcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ümumən qlobal pandemiya ilə bağlı hadisələri izləyərkən iki məqam diqqəti cəlb edir. Pandemiyanın qarşısının alınması istiqamətində, profilaktikasında və yayılma arealının azalmasında İT məhsullardan sıx istfadə olunur”.

Bu fikri İT Biznes təhlilçisi Azər Abdullayev səsləndirib. 

Onun sözlərinə görə, pandemiyanın Avropada yeni yayıldığı dönəmdə Estoniyanın sırf bu istiqamətdə keçirdiyi “Hackaton” Yaponiya, Çin və Cənubi Koreyada tətbiq olunan müxtəlif proqram təminatlarının istifadəsi ilə, eyni zamanda əldə olunan məlumatın (“Big data” da demək olar) müəyyən alqoritmlərlə analizi, virus ocaqlarının erkən mərhələdə müəyyən edilməsinə və onların lokallaşdırılmasına böyük töhfə vermişdi: 

“Bir çox məqamalarda rəqib iki qlobal nəhəng olan “Apple” və “Google” şirkətlərinin COVİD-19 ilə mübarizədə birgə xüsusi alqoritm hazırlamaları və həmin alqoritmi müxtəlif ölkələrin səhiyyə nazirliklərinə pulsuz təklif etməsi bir daha o qənaətə gətirir ki, qlobal pandemiya şəraitində cəmiyyətlərin virusa qarşı mübarizədə ilkin “immunitetini” məhz informasiya texnologiyaları təmin edir.

Bir sıra ölkələrdə pandemiyanin ən pik vaxtında “E-Təbib” mobil tətbiqi kimi tətbiqlər fəaliyyətdədir və öz effektini göstərib. Zənnimcə, doğru istifadə şərtlərində, virus ocaqlarının ən qısa zamanda tapılmasında, potensial və aşkarlanmış daşıyıcıların tapılmasına yönəlmiş nöqtəvi qərarlar verməyə yardımçı olacaq”.

Tətbiqi yükləmək üçün linklər :

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri