24 
İyn
2020
14:15
26
54
1115
Virtual karabakh

“Acer” qlobal onlayn-konfrans çərçivəsində yüksək performanslı noutbuk xətti üçün yeniliklər təqdim edib

“Acer” şirkəti dünən Taypeydə [email protected] “Daş, Kağız, Qayçı” adlı onlayn qlobal mətbuat konfransı keçirib. [email protected]ə vurğulanan elementlər üç portfeli simvolizə edir.

İncə və yüngül noutbuklar vasitəsilə “Acer”in əsas iş inkişafındakı davamlı təkamülünün rəmzi “Kağız”dır; Yaradıcılar üçün hazırlanmış ConceptD seriyası “Qayçı” ilə təmsil olunur; möhkəm noutbuk və planşetlərin yeni xətti, açıq sahələrdə çalışan və əlavə dayanıqlılığa, daşınma imkanlarına və performansa malik cihazlar tələb edən mütəxəssisləri hədəf alan “Acer Enduro” seriyasının simvolu isə “Qaya”dır. “Enduro” istifadəçilərinin sırasına sənaye istehsalı və anbar işçiləri, hobbisi açıq hava olanlar və s. daxildir.

2019-cu ilin sonundan etibarən COVID-19 pandemiyasının təsirinə baxmayaraq, “Acer”, uzaqdan iş və distant təhsil üçün kompüterlərə olan tələbat artımına tez reaksiya verib. Ay təqvimi üzrə Yeni il tətili ərəfəsində hazırlanan inventarla bazar ehtiyaclarını qarşılamaq üçün sürətli “fəaliyyətimiz nəticəsində, xüsusən noutbuklar, chromebuklar, monitorlar və başqa  cihazların istehsalında artım lideri olduq”.

Taypeydəki [email protected]əki yenilik elanlarının əsas məqamları:

• MIL-810G hərbi dərəcəli davamlılığa və IP65 sertifikatlarına sahib yeni dayanıqlı cihazlar seriyası olan “Enduro” baş cavabdeh şəxslər, sahə və istehsal istifadəsi üçün əlavə etibarlılıq təqdim edir. Onun yeni noutbuk və planşet xətti açıq sahələrdə çalışan mütəxəssislərin ehtiyac duyduğu dözümlülüyü, daşınmanı və performansı təmin etmək üçün xüsusi olaraq hazırlanıb.

“Acer Enduro N7” baş cavabdeh şəxslər və sənaye istehsalçıları üçün əsl etibarlı yoldaşdır, tədbir təşkilatçıları və hobbisi açıq hava olanlar üçün isə nazik və yüngül, eyni zamanda davamlı “Enduro N3” təklif olunur. Pərakəndə satış, anbar və istehsalat istifadəsi ssenariləri üçün də “Enduro” tablet seriyası mövcuddur.

“Yeni Swift 5” ultra daşınabilən cihaza mümkün qədər çox güc və performans toplamağa qadir ultra nazik və yüngül bir noutbukdur. Ən son Intel® Core™ prosessorları və NVIDIA® GeForce ® MX350 GPU qrafik kartı özəlliklərinə malikdir. Builki modeldə 90% ekran-korpus nisbəti yaradan çərçivə, mikrob əleyhinə Corning® Gorilla® toxunmalı ekran və yaşıl duman kimi yeni rənglər var. Yeni “Swift 5” tam funksiyalı antibakterial həllə sahib olan ilk nazik və yüngül istehlakçı noutbukudur.

• Peşəkar yaradıcıları dəstəkləyən ən müasir ConceptD kompüter məhsulları ailəsinin zərif dizaynda premium gücə sahib yeni üzvləri; yeni noutbuk, “Acer”in intuitiv iş prinsipi təklif edən yenilikçi “Ezel Hinge” həllinə sahibdir; yeni masaüstü dəstlər peşəkar dərəcəli qrafikləri kiçik, şıq bir forma amilinə çevirib. Hərəkətdə olan yaradıcılar üçün ConceptD 3 Ezel çevriləbilən noutbuku, kiçik müəssisələrdə və yaradıcılıq studiyalarında işləyən məzmun yaradıcıları üçün güclü “ConceptD” 100 masaüstü kompüteri və kompüter qrafikası mütəxəssisləri üçün “ConceptD CP5”, “ConceptD CP3” və “ConceptD CM3” kimi üçlü ConceptD monitorlarına malik “ConceptD3” noutbuk çeşidi. ConceptD seriyasına dizayn tələbələri və “YouTube” həvəskarlarından tutmuş, CAD dizaynerləri, video redaktorları, illüstratorlar və animatorlara qədər müxtəlif mütəxəssislərin yaradıcı ehtiyaclarına uyğun müxtəlif qurğular daxildir.

• İstehlakçılar və biznes nümayəndələri üçün 10-cu Nəsil Intel® Core™ prosessorları ilə təchiz edilmiş yeni, dəbli “Acer Chromebook Spin 713” (CP713-2W) və “Acer Chromebook Enterprise Spin 71”i təklif edilir. Yeni nəsil prosessor əlaqələnmə, məhsuldarlıq, performans və platforma sabitliyini təmin edir, biznes müəssisələrinin buludda işləyərkən ehtiyac duyduqları üstün məhsuldarlıq və performansı əlçatan edir. O, Chrome OS-un məşhur olduğu sürət, təhlükəsizlik və sadəlik ilə qabaqcıl avadanlıqları, xüsusiyyətləri və dizaynı bir araya gətirir.

• Yenilənmiş Predator oyun noutbukları 10-cu Nəsil Intel Core i9-10980HK prosessoru və NVIDIA GeForce RTX 2080 SUPER qrafik kartı təklif edir; 240 Hz qədər yeniləmə dərəcəsinə malik ekranı və istiliyin yayılma səmərəliliyini artırmaq üçün üç mis istilik borusu ilə PowerGem thermal texnologiyası və Acer CoolBoost Texnologiyası ilə təchiz edilib.

Yenilənmiş Predator Orion seriyası Intel® Core™ X Extreme Edition prosessorları və NVIDIA® Geforce® RTX ® 2080Ti qrafik kartlarını təklif edir; üç ədəd 4,7 düymlük FrostBlade™ ventilyatoru 13%-ə qədər daha çox hava axını və 55% daha artıq statik təzyiq deməkdir.

Yeni Predator oyun monitoru 360 Hz-ə qədər yeniləmə sürəti, 0,5 ms (G-dən G) cavab müddəti, NVIDIA® G-SYNC ® dəstəyi və DisplayHDR™ 400-ə malikdir.

Yeni çevriləbilən Chromebook Spin notbuku 10-cu Nəsil Intel® Core™ i7 vPro™ prosessorları, mikrob əleyhinə Corning® Gorilla® Glass HD toxunmalı IPS ekranına, gündəlik dizayn və intensiv vəzifələr üçün nəzərdə tutulmuş tam 360 dərəcə açıla bilən dizayna sahibdir.

Predator OSIM oyun kreslosu oyun zamanı və sonra gərginliyi azaltmaq və rahatlığı artırmaq üçün rahatlaşdırıcı masaj funksiyasına malikdir.

Dəqiq spesifikasiyalar, qiymətlər və məhsul mövcudluğu bölgələrə görə dəyişəcək. Xüsusi bazarlarda məhsulların mövcudluğu, xüsusiyyətləri və qiymətləri haqqında daha çox məlumat əldə etmək üçün www.acer.com vasitəsilə sizə ən yaxın “Acer” ofisinə müraciət edin.

“Acer” haqqında

1976-cı ildə qurulan “Acer” şirkəti insanların həyatını inkişaf etdirən yenilikçi məhsulların araşdırılması, hazırlanması, marketinqi, satışı və dəstəklənməsi üçün çalışan bir cihaz + proqram + xidmətlər şirkətidir. “Acer”in məhsul təklifləri arasında kompüterlər, displeylər, proyektorlar, serverlər, planşetlər, smartfonlar və geyinilə bilən qacetlər var. O, Nəsnələrin İnternetini bir araya gətirmək üçün bulud həlləri də hazırlayır. Acer, 2016-cı ildə 40 illik yubileyini qeyd edib və dünyanın ən yaxşı 5 PC şirkətindən biridir. Dünya üzrə 7000 insan “Acer” üçün çalışır və şirkət 160-dan çox ölkədə öz mövcudluğunu təmin edib. Daha çox məlumat üçün http://www.acer.com/ saytına daxil ola bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri