28 
İyl
2020
10:00
26
63
3025
Virtual karabakh

“Samsung” soyuducuları ilə məhsullarınızın uzun müddət qayğı ilə qorunub saxlanması

28 İyl, 2020
10:00
3025

“Samsung” soyuducuları ilə məhsullarınızın uzun müddət qayğı ilə qorunub saxlanması

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xüsusi karantin rejimi zamanı bir çoxumuzun qarşılaşdığı ilk problem marketlərdən aldığımız çoxsaylı məhsulların saxlanılmasıdır. Belə ki, hətta uzun müddət istifadəyə yararlı məhsullar da xüsusi saxlanma şəraiti tələb edir. Bu səbəbdən sizə “SpaceMax™” texnologiyası ilə təchiz olunmuş böyük tutumlu yeni “Samsung” soyuducularını təqdim edirik. Yeni texnologiya dəyişməz xarici ölçülərin qorunub saxlanması şərti ilə soyuducunun tutumunu artırır, belə ki, indi istədiyiniz sayda məhsulu daha uzun müddət saxlaya bilərsiniz.

Məhsulların uzun müddət saxlanmasını təmin etmək üçün sözügedən soyuducularda “Samsung” həm də yenilənmiş soyutma sistemindən istifadə edir. “All-around Cooling” texnologiyası işləmə kamerasının bütün sahəsini bərabər şəkildə soyudur. Belə ki, sistem iki sensordan istifadə edərək, soyuducu daxilində temperaturu daim nəzarətdə saxlayır.

Soyudulmuş hava axını isə burada havalandırma dəliklərindən püskürdülərək, saxlama kamerasında temperaturun bərabər paylanmasını təmin edir. Bütün bu xüsusiyyətlər sayəsində soyuducu daxilində sabit temperatur şəraiti yaradılır və məhsullar uzun müddət təzə qalır.

Əlavə olaraq, rəqəmsal inverter kompressoru sayəsində burada soyutma gücü avtomatik olaraq tənzimlənir. Kompressor kəskin yanıb-sönmələrin qarşısını alaraq, yüklənmə və elektrik enerjisi sərfiyyatını azaldır və işləmə kameraları daxilində temperaturu tənzimləyir.

Rəqəmsal kompressor üzərindən işləyən hərtərəfli soyutma sistemindən əlavə, “SpaceMax™” texnologiyası ilə təchiz olmuş “Samsung” soyuducularında “düzgün” soyutma prosesinin təşkil olunması üçün “Metal Cooling” adlanan xüsusi polad panel də quraşdırılıb. Cihazın arxa divarında yerləşən bu lövhə soyuducu daxilində soyuq hava kütləsinin qorunub saxlanması üçün əlavə mənbə rolunu oynayır. Beləliklə, hətta soyuducunun qapısını tez-tez açdığınız halda belə metal “divar” kamera daxilində sabit temperaturun qorunub saxlanmasına kömək edir, bu da öz növbəsində məhsulları uzun müddət təravətli saxlamağa imkan verir. Eyni zamanda, “Metal Cooling” kamerada temperaturun bərabər şəkildə paylanmasını optimallaşdıraraq, “temperatur tənzimləyicisi” rolunu oynayır. Bundan əlavə, soyuducu daxilində belə bir “polad divar”ın olması cihazın estetik görünüşünə gözəllik qatır.

Qeyd etmək lazımdır ki, “Samsung” soyuducuları sürətli soyutma və “şok” dondurma rejimlərini də dəstəkləyir. Sözügedən rejimlər sayəsində indi yaxınlarınızı evdə hazırlanmış limonada qonaq etmək istədiyiniz zaman soyuması üçün bir neçə saat gözləmək məcburiyyətində olmayacaqsınız. Belə ki, sürətli soyutma rejimi olduqca sadə şəkildə - bir düymə ilə aktiv edilir və soyuq hava axınını sürətlə kameraya püskürərək, içkiləri tez bir zamanda soyudur.

Sürətli dondurulma isə məhsulların faydalı xüsusiyyətlərini qoruyub saxlayaraq onları uzun müddət istifadəyə yararlı şəkildə saxlamağa kömək edir. Bu rejimdə güclü soyuq hava axını dondurucu kameraya daxil olaraq, məhsulları tez bir şəkildə dondurur, bu səbəbdən də bu proses şok dondurulma adlandırılır. Aşağı temperaturlarda aparılan bu növ dondurulma  mayenin kristallaşmasının qarşısını alır. Burada iki dəfə tez dondurulan məhsulların donu açıldıqda, faydalı xüsusiyyətləri qorunub saxlanaraq, hətta dadı belə dəyişmir. Əlavə olaraq, şok dondurulma sayəsində məhsulların vitamin tərkibi də, demək olar ki, dəyişməz olaraq qalır.

“SpaceMax™” texnologiyalı “Samsung” soyuducuları haqqında əlavə məlumatlar “Baku Electronics”, “Irshad Electronics”, “Kontakt Home”, “Maxi.Az”, “Soliton” və “Optimal” mağazalarında əldə edilə bilər.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri