18 
Dek
2020
07:14
30
98
1262
Virtual karabakh

“Twitter” koronavirusa qarşı peyvəndlər haqqında yanlış hesab etdiyi məlumatları siləcək

18 Dek, 2020
07:14
1262

“Twitter” koronavirusa qarşı peyvəndlər haqqında yanlış hesab etdiyi məlumatları siləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Twitter” koronavirusa qarşı peyvəndlər haqqında yalan məlumatlar olan paylaşımları siləcək.

Bu barədə CNBC telekanalı məlumat verib.

Bildirilir ki, gələn həftədən etibarən peyvəndlərin əhaliyə qəsdən zərər vermək, yaxud nəzarət etmək üçün istifadə edildiyi barədə iddiaların yer aldığı tvitlər silinəcək.

Bununla yanaşı, peyvəndlənmənin mənfi təsirləri barədə yalan və rədd edilmiş iddialar, COVID-19-un mövcudluğunu şübhə altına alan, vaksinlərə ehtiyac olmadığı barədə yanlış fikirlərin yer aldığı paylaşımlar da aradan qaldırılacaq.

Hazırda koronavirusun təbiəti və yayılması, müdafiə tədbirlərinin effektivliyi, sağlamlıq riskləri barədə yanlış hesab olunan məlumatlar silinir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri