31 
May
2021
14:25
57
32
4443
Virtual karabakh

“Azercell” diler şəbəkəsi üçün sertifikasiya proqramı keçirir

Xidmət səviyyəsinin yüksəldilməsinə yönəlik xüsusi sertifikasiya prosesi ölkə bazarında ixtisaslı kadrların yetişdirilməsinə şərait yaradacaq

Abunəçilərinin gündəlik rabitə ehtiyaclarını rahat və operativ şəkildə qarşılamağı hədəfləyən ölkənin lider mobil operatoru “Azercell Telekom” istər ölkədə sosial təcrid şəraitinin tətbiq olunmasından əvvəl, istərsə də karantin şəraitində bütün mümkün platformalar üzərindən xidmət spektrini təmin etməyin öhdəsindən uğurla gəldi. Eyni zamanda, şirkət uzun illər Azərbaycanda müştəriyə xidmət mədəniyyəti sahəsində nümunəvi yanaşmanı qoruyub-saxlamaq məqsədilə əməkdaşların davamlı olaraq təlimatlandırılması kimi əhəmiyyətli məqamı da artıq onlayn formatda önə çəkdi. “Azercell”in yüksək sosial məsuliyyətli bir qurum olmasının daha bir göstəricisi isə yalnız öz əməkdaşlarının deyil, çalışdığı tərəfdaşların da işçilərinin bilik və bacarıqlarının artırılması təşəbbüsləridir. Bu baxımdan, 2020-ci ilin fevralından başlayan Diler Sertifikasiya Proqramı “Azercell”in geniş diler şəbəkəsinin 300-dən artıq əməkdaşı üçün nəzərdə tutulub.

Beynəlxalq səviyyəli rabitə təminatçılarının təcrübəsindən də faydalanaraq ölkədə ilk dəfə olaraq “Azercell Telekom” tərəfindən çoxsəviyyəli sertifikasiya proqramı tərtib olunaraq həyata keçirilməyə başladı ki, karantin şəraitində həmin təlimlər rahatlıqla onlayn formatda davam etdi. Həmin təlimlər “Azercell”in xidmət və məhsulları, sənədləşmə qaydaları, abunəçi əməliyyatları üçün müxtəlif proqram təminatlarının mənimsənilməsi, mobil şəbəkə texnologiyasının əsasları, informasiya təhlükəsizliyi qaydaları, müştəriyə xidmət bacarıqları, satış bacarıqları, onlayn satışın idarə edilməsi, eləcə də, müzakirə aparmaq bacarıqları, stressin idarə edilməsi və vaxtın idarə edilməsi kimi müasir işgüzar mühitdə vacib olan sahələri əhatə edir. 

Ölkədə fəaliyyət göstərən müxtəlif şirkətlər tərəfindən tanınan “Azercell” Akademiyası tərəfindən keçirilən proqramın əsas məqsədi “Azercell”in xidmət sahəsində keyfiyyət standartlarının bütün diler məntəqələrində tətbiqi, uyğun olaraq müştəri təcrübəsi və müştəri məmnuniyyətinin yüksəldilməsi , əmək bazarı üçün ixtisaslaşmış kadrların yetişdirilməsi, ölkədə gənc nəsil üçün iş imkanlarının genişləndirilməsidir. “Azercell”in Diler Sertifikasiya Proqramının digər üstünlüyü isə bütün müvafiq sahə işçilərinə ölkədə ilk dəfə QR kodlu və müddətli Nailiyyət Sertifikatinın təqdim edilməsidir.

“Azercell Telekom” bundan sonra da müştəri xidmətləri və müştəri məmnuniyyətinin ən yüksək standartlara uyğunluğu, eləcə də peşəkar kadrların yetişdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz:

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 %, ölkə ərazisi üzrə əhatə dairəsi: 93,6 %, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,65 % təşkil edir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib.

“Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri