20 
Okt
2021
08:47
20
99
4363
Virtual karabakh

“WhatsApp”ın redaktə funksiyasında YENİLİK

“WhatsApp”ın “Android”lər üçün beta versiyanın görüntü redaktorunda son dəyişikliyi geri qaytarmaq düyməsi əlavə edilib.

Uzun müddətdir ki, şəkillərə stiker və mətn əlavə etmək kimi əsas multimediya redaktə funksiyaları təmin edilib, lakin redaktə zamanı səhv etsəniz, bu, geri qaytarıla bilmir. Bunu düzəltmək üçün “WhatsApp” görüntünün dəyişdirilməsini asanlaşdıracaq yeni bir media tənzimləmə xüsusiyyəti əlavə edəcək.

Bu funksiya hazırda inkişaf mərhələsindədir və yalnız “Android”lərdə messencerin beta-testerlər üçün əlçatandır. Gələcəkdə “WhatsApp” messencerin bütün versiyalarında son dəyişikliyi geri qaytarmaq üçün bir düymə əlavə edəcək.

Mənbə: “HuaweiCentral”

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri