17 
Noy
2021
14:52
75
43
3406
Virtual karabakh

“Instagram”dan istifadəçiləri narazı salan yenilik - FOTO

17 Noy, 2021
14:52
3406

“Instagram”dan istifadəçiləri narazı salan yenilik - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Instagram” bəzi istifadəçilərdən şəxsiyyətlərini təsdiqləmək üçün video selfi çəkməyi tələb etməyə başlayıb. Prosesin skrinşotları sosial media üzrə britaniyalı mütəxəssis Mett Navarra tərəfindən “Twitter”də paylaşılıb.

Şirkətdən bildirilib ki, onlar real insanları botlardan ayıraraq istifadəçilərin kimliyini yoxlayırlar. Bundan başqa video selfilərə canlı moderatorlar tərəfindən baxılacağı və faylların bir aydan çox saxlanılmayacağına əmin edilir.

Yenilik hər kəs tərəfindən xoş qarşılanmayıb. Bəziləri sistemin səhvlərlə işlədiyini və real istifadəçiləri bot hesab etdiyini deyib, digərləri isə sosial şəbəkəni qanunsuz məlumat toplamaqda ittiham edib.

Qeyd edək ki, təhlükəsizlik mexanizminin brend və şirkətlərin hesablarını necə yoxlayacağı da hələlik bəlli deyil.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri