25 
May
2022
17:22
401
14
1034
Virtual karabakh

Səlcuq Bayraktar: “Futbola göstərilən diqqət texnologiyalara da ayrılmalıdır”

25 May, 2022
17:22
1034

Səlcuq Bayraktar: “Futbola göstərilən diqqət texnologiyalara da ayrılmalıdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Akıncı” və “TB2” texnologiyaları ilə əlaqədar bir sıra məqamlar var. Xüsusilə daha da təkmilləşdirmək istədiyimiz məqamlar var”. 

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səlcuq Bayraktar deyib. 

O bildirib ki, bu festivallar məhz bu cəhətdən çox önəmlidir:

“Çünki bu festivallarda biz çox istedadlı insanlar kəşf edirik. Uşaqlarımız xaricdə deyil, öz ölkələrimizdə qalacaq və istedadları sayəsində texnologiyaların inkişafına töhfə verəcək. PUA, təyyarələrimizin hazırlanması üçün düşünən beyinlərimizə önəm verməyimiz vacibdir. Futbola ayrılan diqqət və maraq məhz texnologiyalara da ayrılmalıdır. Bu festival bütün ölkələrə bunu aşılamalıdır. Lazımi şərait yaradıldığı zaman texnologiya sahəsində uğur qazanmaq mümkün olur”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri