13 
Avq
2022
04:00
88
36
5651
Virtual karabakh

Notbukun üzərinə su dağılarsa… - FOTO

13 Avq, 2022
04:00
5651

Notbukun üzərinə su dağılarsa… - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəld hərəkətə keçsəniz, üzərinə su dağılmış notbuku xilas etmək mümkündür.

Bu barədə “Business Insider”də tövsiyələr dərc olunub.

Bildirilir ki, belə bir hadisə baş verdikdə cihazı dərhal söndürmək, şəbəkədən ayırmaq, sonra isə notbuku açmaq və onu tərsinə çevrilmiş “V” şəklində düz bir səthə qoymaq lazımdır.

“Bu vəziyyətdə içəriyə axmağa vaxt tapmış istənilən maye klaviaturadan, havalandırma və başqa dəliklərdən axacaq. Onu bu vəziyyətdə qoyaraq, suyun öz-özünə çıxış yolunu tapmasına imkan verin. Su sızdıqca onu vaxtında silin”, - deyə portaldan məsləhət görülür.

Notbuku qurutmaq üçün salfetlər və ya kağız dəsmallardan istifadə etmək təklif olunur, kiçik hissələr və dəliklər üçün isə pambıq başlı çöplər yaxşıdır.

Bütün su boşaldıqdan sonra, notbukun qapağını açmaq, batareyanı çıxarmaq (dəyişəbiləndirsə) və onu qurutmaq lazımdır. Mümkün olduqca digər hissələr də diqqətlə qurudulmalıdır.

“Ancaq belə bir imkan yoxdursa və ya onların üzərində plomblar varsa, mümkün problemlərin diaqnozu üçün cihazı xidmət mərkəzinə aparmaqdan başqa yol yoxdur”, - deyə portaldan vurğulanıb.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri