23 
Avq
2016
16:36
15
31
7067
Virtual karabakh

Dünyanın ən təhlükəli ağacı: Ona toxunan ölür – FOTO

23 Avq, 2016
16:36
7067

Dünyanın ən təhlükəli ağacı: Ona toxunan ölür – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın ən zəhərli böcəyi, ilanı və s. haqqında, yəqin ki, eşitmisiniz.

Bəs ən zəhərli ağacı necə?

Ginnesin Rekordlar Kitabına düşəcək qədər təhlükəli olan və “Dünyanın ən zəhərli ağacı” adlandırılan “Manchineel” ağacına ən kiçik bir toxunuş belə dəri üzərində yanıqlar əmələ gətirə bilir.

Bədənin ağacla təmasda olan nahiyəsi qısa müddət ərzində zəhərə qarşı reaksiyaya cavab verir və dəri səthində qabarcıqlar halında su toplamağa başlayır.

Əgər yağış yağarkən ağaca yaxınlaşsanız və ağacdan sıçrayan bir yağış damlası dərinizə düşərsə, yenə də təhlükə altındasınız deməkdir.

Yanan “Manchineel” ağacının hisi gözə təmas edərsə, korluğa səbəb ola bilər. 

Meyvənin səhvən dişlənilməsi isə ölümlə nəticələnən vəziyyətə yol aça bilər.

“Manchineel” ağacına Florida, Bahama, Karib, Mərkəzi və Cənubi Amerikada rast gəlinir.

Ağacın yerləşdiyi bölgələrdə xüsusi təhlükəsizlik tədbirləri görülür, tanımayan insanların zərər çəkməməsi üçün xüsusi xəbərdarlıq işarələri və tablolar quraşdırılır.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri