13 
Mar
2017
09:04
33
130
2682
yuxarı
Kərgədanları qorumaq üçün buynuzları kəsilə bilər
13 Mar, 2017
09:04
2682
33
130
Kərgədanları qorumaq üçün buynuzları kəsilə bilər
Belçikada “Pairi Daiza” adlı özəl zooparkın sahibləri kərgədanları brakonyerlərdən qorumaq üçün onların buynuzunu kəsmək qərarına gəlib.
Oxu.Az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, administrasiya bu görünməmiş addımı bu həftə brakonyerlərin ağ kərgədanı güllələdikdən sonra onun buynuzunu mişarla kəsməsi ilə əlaqələndirib.
Rəsmi məlumata görə, indiyədək Avropada belə hallar olmayıb.
Bəzi ölkələrin xalq təbabətində kərgədan buynuzu müalicə üçün istifadə olunur. Qara bazarda buynuzun bir kiloqramının qiyməti on minlərlə dollar təşkil edir.
Kərgədanların qorunması üçün buynuzlarının kəsilməsi Afrikada tez-tez istifadə edilir. Baytarlar deyirlər ki, bu prosedur ağrısızdır və zaman keçdikcə buynuz yenidən gəlir.
A.M.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Maraqlı xəbərləri
26 
Apr
2024
12:44
Qobu kəndində təpəciklər düzləşdirilib mülki şəxslərə satılır - İDDİA + VİDEO
21
77
1461
26 
Apr
2024
08:54
ABŞ-də ilk dəfə insana süni ürək və donuz böyrəyi implantasiya edilib - FOTO
56
110
1386