13 
May
2017
16:58
44
195
20022
Virtual karabakh

Marsın beş ölümcül təhlükəsi açıqlandı

13 May, 2017
16:58
20022

Marsın beş ölümcül təhlükəsi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mars planetinin səthində olan insanın ölümünə səbəb olacaq beş əsas təhlükə açıqlanıb.   

Oxu.Az-ın Space.com nəşrinə istinadən xəbərinə görə, bu barədə müvafiq tədqiqat Vaşinqtonda keçirilən “Marsda insanlar” adlı konfransda NASA planetoloqu Paskal Li tərəfindən təqdim olunub.  

Qırmızı planetin səthində olan insanlar üçün birbaşa təhlükə atmosfer təzyiqinin çox aşağı olmasıdır (Yer kürəsindəki atmosfer təzyiqindən təxminən yüz dəfə az). Qoruyucu geyimlərin olmadığı təqdirdə insanın qanı qaynamağa başlayır və o, bir neçə saniyədən sonra ölür.  

İkinci ciddi təhlükə - hipoksiyadır. Marsın atmosferi 95 faiz karbon qazından ibarətdir. İnsan burada oksigen çatışmazlığına bir neçə dəqiqə belə tab gətirə bilmir.

Alimlər gecələr havanın soyuq olmasını üçüncü əsas təhlükə hesab edirlər. Marsın ekvatoru yaxınlığında yay aylarında havanın temperaturu müsbət 21 dərəcə təşkil edir, lakin gecə temperatur kəskin aşağı düşür və təxminən mənfi 62 dərəcəyə bərabər olur. Bir neçə saat ərzində insan orqanizmi ölümcül donur. 

Qırmızı planetin atmosferinin tərkibində abraziv toz var. İnsanın ağ ciyərlərinə yığılan bu toz, bir neçə həftədən sonra onun ölümünə səbəb olur.

Alimlərin fikrincə, sonuncu, beşinci əsas təhlükə radiasiyadır. Mars atmosferinin maqnitosfer təbəqəsi yoxdur. Tədqiqatçıların fikrincə, kosmik və Günəş şüaları bir neçə ay ərzində insanı öldürməyə qadirdir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri