Sen
2017
20:20
170
211
14906
Virtual karabakh

Azərbaycan toylarında yeni ənənə formalaşır — VİDEO

9 Sen, 2017
20:20
14906

Azərbaycan toylarında yeni ənənə formalaşır — VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son vaxtlar toylarda yeni ənənə formalaşmağa başlayır.

Oxu.Az xezerxeber.az-a istinadən məlumat verir ki, söhbət son günlər sosial şəbəkələrdə yayılan və əksər izləyicilər tərəfindən rəğbətlə qarşılanan Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan toylardan gedir. Elə ötən günlərdə baş tutan bir toy mərasimindəki kimi...

Hörmət əlaməti olaraq hər kəs himnimizi ayaq üstə dinləyir, bəziləri isə hətta oxuyur və bu, çox vaxt toy sahiblərinin və ya bəylə gəlinin sifarişi əsasında həyata keçirilir.

Şadlıq evlərindən birinin inzibatçısı deyir ki, ümumiyyətlə son bir neçə ayda bu kimi sifarişlərin sayı artıb. Lakin sadəcə Azərbaycanın Dövlət himni sifariş edilmir. Eyni zamanda artıq toylara 3 rəngli dövlət bayrağımız da gətirilir.

Paytaxt sakinləri isə düşünürlər ki, bütün toylarda bu addım atılmalıdır, ta o vaxta qədər ki, bu, bir toy ənənəsinə çevrilsin.

Nəzərə alsaq ki, artıq toylarımızda nəinki əcnəbi qonaqlar, hətta başqa ölkələrdən dəvət olunan müğənnilər də iştirak edir, o zaman şadlıq mərasimlərimizdə Dövlət himninin səsləndirilməsi və bayrağımızın dalğalandırılmasını həm də təbliğat hesab etmək olar.

Folklorşünaslar isə digər ölkələrlə müqayisədə, Azərbaycan toylarının milli adət-ənənələrimiz üzərində qurulduğunu deyirlər. Lakin müəyyən təcrübələrdən yararlanmaq da olar.

Ümumiyyətlə, həm vətəndaşlar, həm də ekspertlər bu addımın gənclərdə vətənpərvərlik hissinin formalaşmasını gücləndirəcəyini düşünürlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri