10 
May
2018
17:18
33
155
6463
Virtual karabakh

Avstraliyanın ən yaşlı alimi evtanaziya etdirib

10 May, 2018
17:18
6463

Avstraliyanın ən yaşlı alimi evtanaziya etdirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliyanın ən yaşlı alimi Devid Qudell İsveçrədə evtanaziya ilə həyatına son qoyub. 

Oxu.Az BBC agentliyinə istinadla xəbər verir ki, 104 yaşlı Qudellin evtanaziyası İsveçrədəki xəstəxanalarından birində həyata keçirilib. 

O, bundan əvvəl mətbuat konfransı keçirərək, ölümü gözləməkdən bezdiyini və həyatını davam etdirmək istəmədiyini bildirib. 

Alim intihar qərarı ilə bağlı onu da vurğulayıb ki, son altı ildir görmə qabiliyyətini və son iki ildə digər bacarıqlarını itirib.

Qeyd edək ki, Avstraliyada insanın ölümcül xəstəlikdən əziyyət çəkməsi halı istisna olmaqla, evtanaziya proseduru qadağandır. Bu səbəbdən könüllülər D.Qudellin İsveçrəyə gedib evtanaziya etdirməsi üçün 15 min ABŞ dolları toplayıblar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri