24 
Apr
2024
06:18
110
9
3306
Virtual karabakh

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

24 Apr, 2024
06:18
3306

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qırmızı kələm şirəsi mədə-bağırsaq traktında iltihabı aradan qaldırır”.

Bunu rusiyalı endokrinoloq, tibb elmləri doktoru Zuxra Pavlova deyib.

Həkim bağırsaq problemi olan insanları bu məşhur və əlçatan məhsulu qida rasionlarına əlavə etməyə çağırıb.

Endokrinoloq qeyd edib ki, qırmızı kələmin suyu faydalı bakteriyaların artmasını stimullaşdırır, Kron xəstəliyi və xoralı kolitin simptomlarını aradan qaldırır.

“Bundan əlavə, qırmızı kələmin təzə çəkilmiş şirəsi qoruyucu funksiya yerinə yetirir: toksinlərin, qida antigenlərinin və mikroorqanizmlərin orqanizmə sovrulmasını azaldır”, - deyə mütəxəssis əlavə edib.

O bildirib ki, qırmızı kələm yemək mədə-bağırsaq xəstəliklərinin qarşısını alır.

Sonda Pavlova xatırladıb ki, kələmin istənilən növü faydalıdır, çünki onun tərkibində bitki lifləri və fol turşusu var.

Mənbə: lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri