Rusiyada zəlzələ zamanı mədəndə olan şaxtaçının quruntun altında qalması ilə bağlı görüntülər yayılıb.
Oxu.Az-ın "Mash Siberia" "Telegram" kanalına istinadla verdiyi məlumata görə, hadisə Kuzbassda qeydə alınıb.
Bildirilir ki, Taştaqol yatağından bir kilometr məsafədə 4.5 bal gücündə zəlzələ olub. Nəticədə mədəndə uçqun olub. Xoşbəxtlikdən həmin vaxt orada olan 163 nəfərin hamısı vaxtında təxliyə ola biliblər. Videoda quruntun altında qalan kişi də qaçmağa macal tapıb.
Qeyd olunur ki, yeraltı təkanlar dünən baş versə də, görüntülər bu gün yayılıb.
Zəlzələ zamanı mədəndə olan rusiyalı canını güclə qurtardı
Rəylər